Dərc edildi: Baxış sayı: 897
Yediyimiz ətlər qurd xəstəliyi yaradır
Bəzi insanlar vardır ki, onlar hər gün eyni qida maddələri ilə qidalanırlar.
Bu qidaların tərkibində olanlar isə onu hər gün yeyən adamın qurd xəstəliyinə yoluxmasına səbəb olur. Bu qidalara donuz əti və xəstə mal əti aiddir. Bu ətlər və ya ət konservləri ilə qidalanan adamlarda qurd xəstəliklərinin əmələ gəmlə riski çox yüksək olur. Donuz və qurd xəstəliyinə yoluxmuş mal ətilə qidalandıqda ətdə olan parazitlər insan orqanizminı düşür və qanla qidalanaraq böyüyür və qan damarlarına düşərək insan bədənində gəzməyə başlayır. Bu cür qurdlar insanın beyninə qədər gedib çıxa bilirlər.
Medicina.az xəbər verir ki, bu sözləri Kembricin Addenburks xəstəxanasının həkimlərdən ibarət briqadası öz araşdırmalarından sonra söyləmişlər. Onlar bu nəticəyə baş ağrılarından şikayət edən xəstələr üzərində apardıqları araşdırmalardan sonra gəlmişlər.
Baş ağrıların şikayət edən xəstəni test edərkən onun ağrılarının səbəbinin qurd olduğu aşkar edilmişdir. Həkimlərin araşdırmaları bu xəstəlikdən ən çox Çin, Tayland, Yaponiya və Cənubi Koreya sakinlərinin əziyyət çəkdiyini sübur etmişdir. Orqanziminə bu qurd yaşayan adamlarda baş ağrıları, zəiflik, halsızlıq müşahidə edilir. Xəstəliyin müalicəsi qurdu əməliyyat vasitəsilə orqanizmdən xaric etməkdən ibarətdir. Qurd orqanizmdə harada yerləşrsə, orada infeksiya əlamətləri meydana gətirir. Buna görə də xəstəliyə infeksion sparqanoz adı verilmişdir. Xəstəliyin əmələ gətirdiyi iltihabi prosesi isə teniidoz adlanır. Teniidoz ən çox donuz ətindən, xəstə maldan və lentvari Asiya qurdlarından əmələ gəlir. Xəstəlik insana yaxşı bişməmiş ətdən yoluxur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət