Slimfit
  1. DÜNYA

Yeddi gündə dünyanın yeddi möcüzəsinə baş çəkdi

Yeddi gündə dünyanın yeddi möcüzəsinə baş çəkdi
Sakura

Yeddi gündə dünyanın yeddi möcüzəsinə baş çəkdi

İngilis səyyah və videobloqer Saymon Uilson altı gün, doqquz saat və üç dəqiqə ərzində təxminən 50 min kilometr məsafəni qət edib və dünyanın yeddi möcüzəsini görüb.

The Sun”ın məlumatına görə, o, özü ilə gəzintiyə yalnız alt paltarı, iki köynək, idman şalvarı və fotoaparat olan kiçik bir çanta götürüb.

Bu günlər ərzində Saymon cəmi iki dəfə yataqda (hoteldə və mağarada) yata bilib. O, əsasən, taksi və təyyarədə dincəlib, aviaşirkətlərin təklif etdiyi yeməkləri yeyib. 

O, bazar günü saat 04:45-də Mançester Hava Limanından Kolizeyi görmək üçün Romaya uçub. Saymon burada iki saat qalıb və sonra Misirə getmək üçün təyyarəyə minib. Səyyah hoteldə beş saat keçirdikdən sonra taksi ilə piramidaları və Sfinksi görməyə gedib.

Sonra İordaniyaya uçub və burada mağarada yatmağa 46 avro ödəyib.

Dördüncü gün Saymon Hindistana gedib. Burada o Aqra şəhərindəki Tac-Mahalı görmək üçün dörd saat taksidə yol qət edib. Orada səyyah bir saat keçirib, sonra Böyük Çin səddini görmək üçün Pekinə uçub.

Altıncı gün onu mayalıların müqəddəs, qədim şəhəri Çiçen-İçanı görmək üçün Meksikaya uçuş gözləyirdi.

Oradan Saymon Xilaskar Məsihin heykəlini görmək üçün Rio-de-Janeyroya gedib və bundan sonra İngiltərəyə qayıdıb:

“Əgər cəhd etməsəydim, belə bir səfərin mümkün olub-olmayacağını heç vaxt bilməzdim. Bunu bacardığıma inana bilmirəm”.

Xatırladaq ki, Misirdəki Xeops piramidası - dünyanın ən qədim yeddi möcüzəsindən bu günə qədər yaşayan yeganə tarixdir. Kolizey, Petra, Tac-Mahal, Çinin Böyük Səddi, Çiçen-İça, Xilaskar Məsihin heykəli, Perunun Maçu-Pikçu adlı qədim şəhəri dünyanın yeni yeddi möcüzəsi sırasındadır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR