Dərc edildi: Baxış sayı: 549
Yeddi ayda dəniz limanlarında 5,7 milyon ton yükləmə-boşaltma həyata keçirilib
Bu ilin yanvar-iyul ayında dəniz limanlarında 5 milyon 769,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 5 milyon 458,4 min tonunu və ya 94,6 faizini tranzit yüklər təşkil edib. Cari il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 135,6 min ton olub.
Hesabat dövrü ərzində dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 18 faiz azalaraq 9,1 min nəfər olub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət