Dərc edildi: Baxış sayı: 614
Yazın ən böyük təhlükəsi: gözlərinizi günəş şüalarından belə qoruyun
Gözünüzün sağlamlığı üçün vacib amillərdən biri də günəş eynəyinin düzgün seçilməsidir.
Medicina.az bildirir ki, uşaqlar da mütləq gün eynəyindən istifadə etməlidir.
Günəşin şüalarının çıxdığı vaxta diqqət...
Atmosferdə, ozon qatında baş verənlər nəticəsində yerə zərərli günəş şüalarının düşdüyü məlumdur.
İşığın daha çox təmas etdiyi yerlər yaz aylarında günəş şüalarının daha çox olduğu dəniz kənarı, qarla örtülü bölgələr və ya yüksək təbəqəli yerlərdir.
Araşdırmalara görə, yaşlandıqca dəri və göz problemlərinin ortaya çıxmasına səbəb uşaq yaşlarında ultrabənövşəyi şüalara məruz qalmaqdır. Uşaqlar və yeniyetmələr zamanlarının çoxunu çöldə keçirdiyi üçün onlarda daha çox ultrabənövşəyi şüalara rast gəlinir.
Günəş şüalarından qorunmağın ən yaxşı yolu papaqlardan istifadə etməkdir. Bu, günəş şüalarından qorunmağın ən sadə üsuludur və şüanın yarısının önünü kəsir. Ancaq günəş şüalarının daha çox olduğu sahillərdə mütləq günəş eynəklərindən istifadə olunmalıdır.
Günəş eynəklərini alarkən, nəyə fikir verilməlidir...
Şüşələr tez sınan olmasın.
Çərçivəsi dözümlü olsun.
Eynəyin düşməməsi üçün arxadan rezin bantla bağlanmalıdır.
Ucuz eynəklərdən qaçın. Uşaqların gözü həssas və toksit maddələrə qarşı olduğu üçün ciddi problemlər yarana bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət