Dərc edildi: Baxış sayı: 730
Yazda vitamin çatışmazlığını necə aradan qaldırmalı..
Həkimlər, vitamin çatışmazlığı ilə mübarizə aparmaq üçün yazda rasionunuza daxil etməli olduğunuz qidaların siyahısını açıqlayıblar.
Hər kəs bilir ki, avitaminoz vitamin çatışmazlığı deməkdir. Bu, daha çox yazda baş verir. Müxtəlif insanlar vitamin çatışmazlığını fəqrqli yollarla hiss edir: kiminsə dırnaqları qırılmağa, bir başqasının dərisi qabıq qoyaraq soyulmağa başlayır, kiminsə ümumi halı pisləşir və s.
Mütəxəssislər adi rasionunuzu yenidən nəzərdən keçirməyi və A vitamini ilə zəngin qidaları, B qrupunun vitaminlərini, həmçinin C, E və D vitaminlərini daxil etməyi məsləhət görür.
- Görmə və sümük bərpası üçün ehtiyacımız olan A vitamini süd məhsullarında, yumurtada, həmçinin yerkökü və balqabaqda olur.
- B vitaminləri toyuq, mal əti, böyrəklər və qaraciyərdə olur. Bu qrupun vitaminləri maddələr mübadiləsini normallaşdırmaq üçün lazımdır.
- Vitamin C sitrus meyvələrində, kələmdə zəngindir.
- Əzələlərin, damar və endokrin sistemlərin normal işləməsi üçün lazım olan E vitaminləri bitki yağı, yumurta və südün tərkibində genişdir.
- Vitamin D sümükləri gücləndirməyə kömək edir və dərinin vəziyyətinə faydalı təsir göstərir. Bu vitamini günəşlə birlikdə ala biləcəyimizə baxmayaraq dəniz yosunu, dəniz balığı və pivə mayasında zəngindir.
Mənbə: www.medikforum.ru
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət