Slimfit
  1. MARAQLI

Yazda niyə özümüzü yorğun hiss edirik?

Yazda niyə özümüzü yorğun hiss edirik?
Sakura

Yazda niyə özümüzü yorğun hiss edirik?

Yazın gəlişi ilə insan orqanizmində bir sıra dəyişikliklər baş verir. Bu da yaz yorğunluğu kimi özünü biruzə verir.

Ölkə.Az” oxucuları üçün yaz yorğunluğunun səbəblərini araşdırıb.

Yuxusuzluq. Az yatmaq bizim sağlamlığımıza və diqqətimizi toplamağa böyük ziyan vurur. Yetkin insan sutka ərzində mütləq 7-8 saat yatmalıdır. Gündəlik yuxunuza fikir versəniz, bu yorğunçuluq tezliklə aradan qalxacaq. Yataq otağınızdan telefonları, planşetləri uzaq tutmağa çalışın.

Qeyri-sağlam qidalanma
Yaz aylarında orqanizmdə vitamin çatışmazlığı yaranır. Əgər siz zərərli ərzaqlarla və ya az miqdarda qidalansanız, o zaman  yuxunuzu da tam ala bilməyəcəksiniz. Bu da yaz halsızlığına  gətirib çıxaracaq. Sağlam qida rasionu qanda şəkər balansını qoruyaraq halsızlığı aradan götürür. Səhərlər mütləq qəhvəaltı edin. Gündəlik rasionunuzda zülal və gec həzm olunan karbohidratlara üstünlük verin.

Image result for anemiya

Qan azlığı. Qadınlarda halsızlığın ən çox yayılan səbəblərindən biri də qan azlığıdır. Menstruasiya zamanı isə qadın orqanizmində dəmir çatışmazlığı anemiyası yaranır. Qırmızı qan hüceyrələri orqanizm üçün çox vacibdir. Çünki onlar qan hüceyrələrini oksigenlə təmin edirlər. Anemiya halsızlığa, tez yorğunluğa səbəb olur.

Image result for depresiya

Depressiya. Heç kəsə sirr deyil ki, yaz aylarında insan depressiv, melanxolik hallarla tez-tez üzləşir. Depressiya ancaq emosional vəziyyət deyil, onun fiziki simptomları da var. Belə ki, əgər sizdə yorğunluq, tez-tez baş ağrıları, iştahsızlıq uzun müddət davam edirsə, bu depressiya ola bilər. Belə vəziyyətdə mütləq mütəxəssisə müraciət edin.

Image result for qalxanabenzer vezi

Qalxanvari vəzin funksiyası pozğunluğu. Qalxanvari vəzin hormonlarının azalması ilə yaranan hal hipotireoz adlanır. Bu zaman maddələr mübadiləsi pozulur, qəbul etdiyiniz qida enerjiyə çox gec çevrilir. Buda halsızlıq və yorğunluqla müşahidə olunur.

Həddən artıq kofein qəbulu. Gündəlik bir-iki fincan qəhvə sizin yorğunluğunuzu aradan götürəcək və günboyu gümrah olmağınıza kömək edəcək. Əgər siz bu normanı aşsanız, bu ürək döyüntülərinin çoxalmasına və qan təzyiqinin yüksəlməsinə gətirib çıxaracaq. Yüksək dozada kofein  hətta artmış neyro-refleks həyəcan sindromuna da yol açır. Son araşdırmalarda qəhvənin yorğunluğa səbəb olduğu da bildirilir.

Susuzluq. Yetərincə su içməyəndə orqanizm tam susuz qalır. Bu da daxili orqanların fəaliyyətinə çətinlik yaratdığına görə, halsızlıq, yorğunluq yaradır. İnsan orqanizminin 70% sudan ibarət olduğu üçün, orqanizmin gündəlik 1.5-2 l suya ehtiyacı var. Susuzluq həmçinin beynin fəaliyyəti üçün də çox zərərlidir. Əgər siz idmanla məşğul olursunuzsa, məşqdən 1 saat öncə 2 stəkan su için. Məşq zamanı da su içməyi unutmayın. 

Image result for b12 vitamin

B12 vitamininin çatışmazlığı. Bu vitaminin çatışmazlığı da yaz yorğunluğunun səbəblərindəndir. B12 vitamini sinir sisteminin və qırmızı qan hüceyrələrinin fəaliyyətində mühüm rol oynayır. Əgər sizdə ishal, əl və ayaqların keyləşməsi və hüşsuzluq kimi simptomlardan biri varsa mütləq həkimə müraciət edin.

D vitamini çatışmazlığı. Bu vitamin öz-özlüyündə mükəmməldir. Çünki o təkbaşına orqanizmi enerji ilə təmin edir. Yaz fəslində insan orqanizmində ən çox D vitamini defisiti yaranır. Bu da halsızlığa yol açır. Diqqətli olun, bu vitaminin çatışmazlığı bir çox xəstəliklərə yol açır. Bunlara ürək-damar, yüksək qan təziqi və xərçəng xəstəliyinin bir neçə növünü aid etmək olar.

Dərmanların əks göstəriciləri. Bəzən qəbul etdiyimiz həblərin təsirindən bizdə yorğunluq, halsızlıq olur. Bunun üçün mütləq dərman qəbul edəndə preparatın əsasını təşkil edən maddələrlə tanış olun. Əgər halsızlıq davam edərsə, mütləq həkiminizlə məsləhətləşib, onu başqa bir dərmanla əvəz edin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR