Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yaz bitkiləri və onların müalicəvi keyfiyyətləri

Yaz bitkiləri və onların müalicəvi keyfiyyətləri
Sakura

Yaz bitkiləri və onların müalicəvi keyfiyyətləri

Qış fəslində qidalanma insan orqanizmini vitamin və antioksidant deposunu azaldır, çünki qəbul edilən qidaların tərkibində vitaminlər az olur, necə deyərlər, bədən vitaminsizləşir. Yazda yeni çıxan bitkilərlə qidalanmaq orqanizmin balansını qoruyur, orqanizmin xəstəliklərə və xarici mühitin təsirlərinə davamlılığını artırır. Yazda ana təbiətin bitirdiyi nemətlərdən istifadə etmək sağlamlığa böyük kömək edir.

Həkim-fitoterapevt Fizuli Hüseynov ayrı-ayrı bitkilərin müalicəvi xüsusiyyətləri haqqında AZƏRTAC-a deyib: “Əməköməncinin tərkibindəki maldivin maddəsi çox güclü mikroböldürücüdür. Ağız boşluğu, ağciyər xəstəlikləri, mədə-bağırsaq səpgilərində çox faydalıdır.

Gicitkənin təzə yarpaqları ilə revmatizm xəstəliyində ayaqları döymək çox faydalıdır. Gicitkənin təzə yarpaqlarını 5-6 saat suda saxlayandan sonra şirəsini çəkib səhər acqarına içmək bədən üçün çox şəfalıdır. O, qan azlığını aradan qaldırır, yeni qan əmələ gətirir, hətta xərçəng şişlərini kiçildir.

Yaşıl sarımsaq tərkibinə görə baş sarımsaqdan çox-çox zəngindir. Çox güclü bir bakterisit və şişlər əleyhinə təsiri var, şirəsini çəkib limon şirəsi ilə qarışdırıb acqarına içilməsi xərçəng xəstələri üçün çox faydalıdır. Çox güclü bir qurdqovucudur, yeməklərlə yeyilməsi orqanizmdən bütün qurdların, əsasən də lyambliyaların tökülməsinə səbəb olur.

Qulançarın tərkibindəki vitaminlər mədə-bağırsaq yaralarında, qastrit və kolitlərdə çox yaxşı təsir göstərir. Fol turşusu ilə zəngin olduğuna görə hamilə qadınlar, A vitamini ilə zəngin olduğuna görə gözlər üçün çox faydalıdır. Böyrək soyuqdəymələrində azca qovrulub yeyilməsi məsləhət görülür”.

Yazda çıxan digər bitkilər barədə məlumat verən həkim-fitoterapevt deyib ki, cincilimdən dəmlənilmiş çaydan yarım stəkan içilməsi mədə qıcqırmasını aradan qaldırır, mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır, qaraciyər çatışmazlığı nəticəsində artan bütün fermentləri zaman-zaman azaldır: “Tərkibində yod olduğundan qalxanabənzər vəz çatışmazlığında həmin çayın içilməsi faydalıdır. Ondan dəmlənilmiş çayın axşam içilməsi əsəbləri sakitləşdirir, yaxşı yuxunu təmin edir. Yarpızın çaya qarışdırılıb içilməsi çox yaxşı köpqovucu təsir göstərir. Bədənə rahatlıq gətirir, əsəbləri sakitləşdirir. Reyhan bitkisi də çox faydalı xüsusiyyətlərə malikdir. Tərkibindəki zəngin vitaminlər iştahanı açır. Bədəndəki ödəmləri götürür, böyrəkləri təmizləyir”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR