Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yayda həşərat dişləməsinin orqanizmə mənfi təsirləri

Yayda həşərat dişləməsinin orqanizmə mənfi təsirləri
Sakura

Yayda həşərat dişləməsinin orqanizmə mənfi təsirləri

Yay açıq havada istirahət üçün əla vaxtdır: dənizdə, meşədə, parklarda, saatlarla vaxt keçiririk. Lakin bu istrahətimizə mane olan həşəratlar var. Məsələn, milçək, ağcaqanad, qarışqa, arı və.s

Ens.az Medicina.az-a istinadən xəbər verir ki, həşəratların dişləməsi narahatlıqla yanaşı, bəzən orqanizmə birbaşa zərər verə bilər. Bu zərərə ən çox allergen insanlar məruz qalır.

Mütəxəssislərin sözlərinə görə, həşəratların orqanizmə təsiri iki amildən asılıdır:

1. Böcəyin, həşəratın növü;

2. Orqanizmin fərdi reaksiyası;

Bəzi insanlar dişləmələrə asanlıqla dözsələr də, digərləri üçün isə ölümcül ola bilər.

Arılar - ən təhlükəli hesab edilir. Adətən, təhlükə hiss etdikdə hücum edirlər, lakin bəzən qoxu kimi digər amillər onların hücumuna səbəb ola bilər. Arı dişləməsinə isə çox vaxt iyul və avqust ayında rast gəlmək olar. Dişləmə zamanı yanıq hissi ilə müşahidə olunan ağrılı şişkinlik və şiddətli allergik reaksiya verə bilər.

Arılar zibil qutularını və zibillikləri sevdiklərinə görə yoluxucu xəstəliklərin daşıyıcısı ola bilərlər.

Eşşək arısını öldürmək olmaz. Çünki onun cəsədindən kimyəvi maddə ayrılır və ətrafdakı digər arıların hücumunu təşviq edir. Eşşək arısının dişləməsindən sonra həmin nahiyəni yaxşıca yumaq lazımdır. Əgər bu adi arıdırsa, yuyunduqdan sonra arı iynəsini dezinfeksiya edilmiş iynə ilə çıxarmaq olar. Sonra yaranın özünü sprit və ya perekislə yuyub, soyuq kompres qoymaq lazımdır. Allergik reaksiya olmasa belə antihistamin qəbul etməsi məsləhət görülür.

Mümkün qədər çox maye, əsasən isti şirin çay və ya şirin su içmək olar. Üz nahiyyələrindəki sancmalar zamanı isə birbaşa həkimə müraciət etmək lazımdır.

Ağcaqanad, milçək - ən çox qan sovuran həşəratlar hesab edilir. Ən təhlükəlisi malyariya və digər xəstəlikləri daşıya bilən ağcaqanad dişləmələridir. Bu həşəratların dişləməsi zamanı həmin yerdə şişkinlik yaranır, qaşınma, yanma hissi və qızartı görünür. Həssaslıq artdıqca dərinin digər yerlərində səpkilər və qaşınmalar şəklində allergik reaksiyalar verir.

Bir çoxları əhəmiyyət vermədən həmin yeri qaşıyır. Lakin qaşınmamalı, əvəzində spirt, soda ilə yuyulmalıdır.

Təhlükəli qarışqa növünün bədənində adətən çox miqdarda turşu olur. Dişləmə zamanı bədənə çoxlu miqdarda turşu buraxılır. Bədəndə ən təhlükəli yer selikli qişalardır. Çox vaxt qarışqa dişləməsindən sonra kiçik uşaqlar böyüklərdən daha çox əziyyət çəkirlər, çünki hələ immunitet sistemi formalaşmayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR