Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yayda daha çox şaftalı və banan yeyin, çünki...

Yayda daha çox şaftalı və banan yeyin, çünki...
Sakura

Orqanizm bu meyvə və giləmeyvələrdən sağlamlıq üçün vacib olan vitamin, mikro və makroelementləri ala…

İsti havada daha çox şaftalı və banan yeyin. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda RİA Novosti-yə kənd təsərrüfatı məhsulları və ərzaq üzrə mütəxəssis Nina Zaytseva deyib.

Mütəxəssisin sözlərinə görə, şaftalı və banan güclü tərləmə nəticəsində bəndəndə yaranan kalium defisitinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır.

"İsti yay günlərində intensiv tərləmə nəticəsində bədəndə kalium defisiti yarana bilər. Faydalı maddə çatışmazlığını aradan qaldırmaq üçün tərkibində kalium miqdarı yüksək olan təzə meyvə və giləmeyvələri – şaftalı, ərik, qara qarağat, banan və ananas yemək məsləhət görülür", - Zaytseva deyib.

O, qeyd edib ki, orqanizm bu meyvə və giləmeyvələrdən sağlamlıq üçün vacib olan vitamin, mikro və makroelementləri ala bilər.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR