Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yayda cins şalvar geyməyin - Daxili orqanların qan dövranını pozur

Yayda cins şalvar geyməyin - Daxili orqanların qan dövranını pozur
Sakura

Yayda cins şalvar geyməyin - Daxili orqanların qan dövranını pozur

Dar, cins şalvarlar qadın və kişi orqanizmi üçün təhlükə yaradan ən məşhur səbəblərdən biridir. Uşaqlara hələ sümük-çanaq sistemi formalaşmadan dar cins geyindirmək onların çanaq sümüklərinin nornal inkişafına mane olur.
 
 
Medicina.az cins parçanın və şalvarların  zərərlərini araşdırıb:
 
-Limfa və qan dövranını pozur
-Daxili orqanlara qan axınını pozur
-Düz bağırsağın işinə əngəl yaradır
-Hər gün cins şalvar geyinmək aşağı ətraflarda durğunluq yaradın keyidir
-Dərini möhkəm sıxması dəri xəstəlikləri yaradır
-Kifayət qədər hava buraxmaması səbəbindən cinsi orqanlarda göbələyin çoxalmasına səbəb olur
-Qışda dar cins şaıvar aşağı ətrafların daim soyuq qalmasına səbəb olur, nəticədə qadın ginekoloji orqanlarda qan dövranını pozur, bu da müxtəlif ginekoloji problemlər yaradır
-Daim cins şalvarda gəzən insalanların bud və yanlarında sellülit, dəri sallanması və boşalması olur
 
 
Amerikalı həkim Oktavio Bessa tərəfindən " dar şalvar sindromu” adlı termin icad olunub. Bu sindrom məhz uzun müddət, daima dar şalvar geyinməsi səbəbindən hər hansı fiziki problemi və xəstəliyi yaranan insanlara qoyulur. 
 
Dar cins şalvarlar kişilərin reproduktiv sistemində, cinsi fəaliyyətində mənfi fəsadlar yaradır. Britaniyalı həkimlərin uzun müddətli araşdırması nəticəsində məlum olub ki, illərlə dar, bədəni kip tutan cins şalvarlar kişilərdə spermanın keyfiyyətini azaldır, potensiyani zəiflədir. Sidik yolları iltihabi xəstəlikləri riskini artırır. Artıq məlum olub ki, 25% cins şalvar sevərlər cinsiyyət və sidik kisəsi problemlərindən əziyyət çəkir. Bu problemlərin yaş həddi yoxdur: yeniyetmələr də əgər uzun müddət cins şalvar geyinirsə, bu problemlərə tutula bilər. 
 
Cins şalvarlara cəlbedici rəng vermək üçün fenol tərkibli süni rəngdən istifadə olunur. Fenol uzun müddət dəri ilə təmasdan orqanizmə keçir, sinir uclarını zədələyir, tənəffüs yollarına keçir. 
 
Mənbə: Medicina.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR