Slimfit
  1. CƏMİYYƏT

Yayda ağaclara necə qulluq olunmalıdır?

Yayda ağaclara necə qulluq olunmalıdır?
Sakura

Yayda ağaclara necə qulluq olunmalıdır?

“Əkilən ağacların bitiş faizinin yüksək olması yay aylarında onlara göstərilən aqrotexniki qulluqdan asılıdır”.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov məlumat verib.

O bildirib ki, yay mövsümündə ağaclar həftədə iki dəfə suvarılmalıdır:

“Suvarma ağacların normal böyüməsini və yüksək məhsuldarlığını təmin edən əsas amillərdəndir. Torpaq tipindən asılı olmayaraq, ağaca verilən su torpağı 1-1,5 metr dərinlikdə islatmalıdır.

Ağır gilli torpaqlarda suyun dərin qatlara hopması çətin, yüngül quruluşlu torpaqlarda isə asandır. Buna görə də səmərəli suvarma aparılması üçün torpağın tərkibi haqqında məlumatlı olmaq ilk şərtdir. 

Yadda saxlamaq lazımdır ki, dayaz suvarma zamanı torpağın ancaq üst şum qatı islanır və ağac normal böyüyə bilmir”. 

R.İbrahimovun sözlərinə görə, ağac əkilən vaxtdan inkişaf dövrünə qədər sahəyə baxış keçirilməli, əgər ağacın kök boğazı boşalarsa, dibi mütləq bərkidilməlidir:

“Çünki ora hava daxil ola və ağac quruya bilər. Əgər ağacların yarpaqlarında saralma, gövdəsində quruma, kök sistemində zəifləmə müşahidə olunarsa, bu zaman ağacın kök sistemini qüvvətləndirən, zərərvericilərə qarşı dərmanlardan istifadə etmək lazımdır”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR