Slimfit
  1. İDMAN

Yay Olimpiya Oyunları üçün tarixi qərar: Azərbaycan da dəstəklədi

Yay Olimpiya Oyunları üçün tarixi qərar: Azərbaycan da dəstəklədi
Sakura

Yay Olimpiya Oyunları üçün tarixi qərar: Azərbaycan da dəstəklədi

Beynəlxalq Olimpiya Komitəsinin icrayyə komissiyasının Tokio -2020 Yay Olimpiya Oyunlarının açılışında hər ölkədən 2 bayraqdarın olması haqda qərarını Azərbaycan Milli Olimpiya Komitəsi də müsbət qarşılayıb.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri Günay Malikqızının AzxeberSport-a verdiyi məlumata görə, bu haqda Beynəlxalq Olimpiya Komitəsinin İcrayyə Komissiyasının qərarını şərh edən Milli Olimpiya Komitəsinin vitse -prezidenti Çingiz Hüseynzadə məlumat verib. Beynəlxalq Olimpiya Komitəsi gender bərabərliyinin tənzimlənməsi məqsədilə Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində kişi və qadın bayraqdarın olmasının vacibliyini vurğulayıb və bu məqsdilə Milli Olimpiya Komitələrinə müraciət edib. Çingiz Hüseynzadə bununla bağlı fikirlərini belə ifadə edib:

"Olimpiya oyunlarında bayraqdar statusu qazanmaq idmançılar üçün çox əhəmiyyətlidir. Təbii ki, Beynəlxalq Olimpiya Komitəsinin bu tarixi qərarını dəstəkləyən Azərbaycan, Yay Olimpiya Oyunlarında ölkənin ilk qadın bayraqdarının seçilməsinə xüsusi həssaslıqla yanaşacaq."

Qeyd edək ki, Azərbaycan Olimpiya tarixində Nazim Hüseynov, Nizami Paşayev, Fərid Mansurov, Elnur Məmmədli, Teymur Məmmədov, Sergey Rılov, İqor Lukanin və başqa nüfuzlu idmançılar bayraqdar olaraq açılış mərasimlərində Azərbaycanı təmsil ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR