Slimfit
  1. QADINLAR ÜÇÜN

Yay makiyajının son trendi – Ağ qələm

Yay makiyajının son trendi – Ağ qələm
Sakura

Yay makiyajının son trendi – Ağ qələm

Göz üçün ağ layner son vaxtlarda kifayət qədər böyük populyarlıq qazanan kosmetik məhsuldur. Əgər bu məhsul əvvəllər sadəcə podiumlarda və jurnal fotosessiyalarında istifadə olunurdusa, bu gün qızlar həm gündəlik həyatda, həm də gecə makiyajlarında gözlərini ağ qələm və ya laynerlə vurğulamağa üstünlük verir.

Ağ karandaş göz makiyajında əlbəttə ki, birinci dərəcəli ehtiyac duyulan məhsulu deyil. Amma makiyajda standart yanaşmaları sevməyənlər üçün ideal vasitədir.

Ağ karandaş adətən vizual olaraq gözləri daha böyük göstərmək üçün iç hissələrə çəkilir, yaxud da daha çox korreksiyada istifadə olunur. İndi isə ağ qələmi göz qapaqlarına və alt kirpik diblərinə çəkmək dəbdədir. Onu tətbiq etmək üçün böyük təcrübəyə gərək yoxdur, sizə sadəcə karandaş lazım olacaq.

Əgər gözünüzə qeyri-adi oxlar çəkmək istəyirsinizsə və qüsursuz makiyaj etmək istedadınız yoxdursa, o zaman layneri bir kənarə qoyun. Belə təcrübləri ağ karandaşla sınaqdan keçirib əlinizi öyrəşdirin. Siz həmçinin ağ laynerlə qələmi bəyaz və ya açıq boz göz kölgələri ilə əvəz edə bilərsiniz.

Vizajistlər tövsiyə edir ki, ağ karandaş və laynerdən istifadə zamanı yanaqları ənliklə çox vurğulamaq və daha nəzərəçarpan etmək olmaz. Çünki ağ rənglə vurğulanmış gözlər ilk baxışdan kifayət qədər diqqət cəlb edir. 

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR