Yaxşı fikir insanı milyonçu edər – İzzet Pinto
Lisseyi ABŞ-da oxumusunuz amma universiteti bitirməmisiniz. Bu dəcəllikdən mi qaynaqlanır?
Lisseyə qədər İstanbulda oxumuşam. Məktəbi bitirib Amerikaya getdim. Lisseyi bitirdim və universiteti qazandım, amma tətildə qayıdanda başa düşdüm ki, əslində oxumağı sevmirəm. Dərs oxumaq mənə görə deyil.
Bəxtiniz gətirib ki, ailəniz çox da təkid etməyib
Doğrudur şanslıyam, ailəm də dəstək olub və universiteti oxumamışam. Əslində bu məsələdə utanmıram, çünki çox şükür ki, istədiyim işdə uğurlu oldum. Bunu bacara bilməsəydim o zaman “Çox heyf, oxusaydım kaş” deyərdim. Mən ticarəti sevirəm.
Səbəb nə idi ki oxumadınız?
13 yaşımdan ticarətə başlamışam, məktəbdə dostlarıma, çöldə dükanlara bir şeylər satırdım. Bəlkə də səbəb budur..
Nə gözəl, ən yaxşı nəyi satardınız?
Məsələn, 8 yaşımda atam məni yetişdirməyə başladı, o zamanlar saat işindəydi. Baharda Böyükada-ya gedərdik. Mənə “Get bazarda bunları sat” deyərdi. “Sata bilmərəm” deyərdim. Düşünün, 8 yaşındayam! Bazarda qışqırmağa utanırdım.
Ailənizin vəziyyəti yaxşı idi amma.
Bəli, vəziyyətimiz çox yaxşı idi, amma heç vaxt bunu hiss etmədim, çünki çox diqqətli yetişdirməyə çalışıblar məni və bacımı. Bazarda qışqırmağa utanardım, qışqırması üçün dostuma pul verərdim.
Başqasını işlədirdiniz?
Ona pul verirdim, o qışqırırdı, mən də satırdım. 13 yaşıma gələndə kataloqdan satış edən şirkətlərin məhsullarını satırdım artıq. Məktəbdə saxta cinsləri orjinal deyə satdığım da olub. Sonra daha da böyütdüm işi, 16 yaşımda istehsalat zamanı artıq qalan məhsulları yığıb, təmir etdirib dükanlara satardım.
Atanız ABŞ-da təhsilinizi davam etdirməyinizi niyə təkid etmədi?
“Burada işləmək istəyirəm” dedim, dərhal dəstək verdi. O da orta məktəb məzunu idi və işlərində çox uğurlu olmuşdu.
Getmədiniz bəs nə etdiniz?
Burada çap kağızı sektorunda 1 il çalışdıqdan sonra müdir “Honq Konq-da ofis açacağam səni ora göndərəcəyəm” – dedi. Amma sözündə durmadı, işdən ayrıldım. Başqa birinin yanında işə girdim. O da “Honq Konq-da ofis açacağam səni ora göndərəcəyəm” – dedi amma o da sözünü tutmadı.
O zamanlar Honq Konq məşhur idi?
Hər kəs Honq Konq-dan mal gətirirdi. Onlar da sözlərində durmadıqlarına görə özüm gedib orada ticarəti daha yaxşı öyrənməyə qərar verdim.
Böyük cəsarət!
20 yaşında çamadanımı götürdüm, amma Banqkok-a köçdüm. Çünki Honq Konq-dan daha ucuz idi.
“Oğlum hara gedirsən” demədilər valideynləriniz?
Ən böyük şansım ailəmdir. Əvvəl Allah kömək etdi sonra atam və anam.
Atalar uşaqlarına maşın alır..
Almadı, elə yetişdirdiyi üçün mən də istəmədim. İşləyib özüm alım istədim.
Pis təsir etmişdi bu sizə?
Tam əksinə, qarşıma məqsəd qoydum, özüm edəcəyəm çox daha yaxşı yerlərə gələcəyəm deyə.
Qayıdaq Banqkok-a. Maraqlıdı nə etdiniz orada?
Baxdım ki, bir şey tapmıram, bir neçə gün sonra güclü yağış yağanda alış-veriş mərkəzlərindən birinə sığındım, bir də baxdım ki, qadın ayaqqabıları satılır – 5 dollara. “Pərakəndə 5 dollardırsa toptan yəqin ki, 3 dollar olar” deyə düşünərək ayaqqabı firmalarını araşdırmağa başladım. Uzun xahişlərdən sonra nümunə ayaqqabılar alıb İstanbuldakı ayaqqabı sərgisində iştirak etdim. 25 min cüt sifariş aldım. Bu qədər sifariş gələndə atam “Madam ki, bu qədər sifariş var, 100 min ədəd gətirək” – dedi.
İşi batırmamısınız inşallah!
Hər şey çox gözəl gedirdi, amma ayaqqabıların altına harada istehsal edildiyini yazmaq lazım imiş, bilmirdik. Bütün malımız gömrükdə qaldı və demək olar ki, batma nöqtəsinə gəlmişdik. Çox çətinliklə etiketlər yapışdırılıb gömrükdən keçirtdik, amma mövsüm artıq bitmişdi, əlimizdə qaldı məhsullar. 2 il Bankokda özüm özümü idarə etdim və sonra atam “Qayıt” dedi. Amma qayıtmadım. Pul da göndərmədi.
Bəs nə etdiniz?
Əlimdə qalan son 200 cüt ayaqqabını Afrikalılar kimi kiçik dəzgahda satmağa çalışdım, amma kamera zarafatı hesab etdilər. Onlara görə əcnəbilərin hamısı pulludur. Utandıqları üçün almadılar və yalnız 1 dənə satdım və 5 dollar qazandım. Evə piyada qayıtdım. Çox yaxşı bir evim var idi. Ama dəyişməyə məcbur idim, çoxlarının ömür boyu qalmayacaqları bir yerdən ev tutdum..
İnana bilmirəm…
İnanılmaz idi bəli, çox pis zamanlar idi. Evim bir otaq, bir tualet və ümumilikdə 10 kvadrat metr idi. Amma xoşuma gəldi, yenidən sıfırdan başlaya bilərdim. Tanıdığım ayaqqabı fabriklərindən xahiş etdim ki, “Bir Az mal verin satım, satanda pulunu verəcəyəm” dedim. Verdilər, satıb ödəyirdim. Çox çətinliklə özümü təmin edirdim və ən böyük xəyalım bir ayaqqabı dükanı açmaq idi. 21 yaşında aylıq 20 faiz sələmlə Çinli bir sələmçidən böyük bir məbləğ pul aldım.
Pulu qaytarmasaydınız öldürə bilərdilərmi?
Bəli. Bəxtimiz gətirdi. Vaxtı gəldikcə bir az iş oldu və ödədik. Yenə də çox çətinliklə özümü təmin edirdim. Ayaqqabının yanına tekstil qoyum dedim və Türkiyəyə gəlib Osmanbey-dən, Laləli-dən mal aldım. 10 dollara aldığım gecə paltarlarını orada 100 dollara satırdım. Yaxşı pul qazanmağa başladım və 4 dükan daha açdım. İşlərimizin yaxşı gedən vaxtında sunami oldu, İndoneziyada da bombardmanlar oldu. Turistlər gəlməməyə başladı. Qayıtmağı qərara aldım..
Qayıdanda nə etdiniz?
Jurnal çıxarım dedim. Baxdım bir jurnalla olmaz. Dedilər ki, “Reklam agentlikləri prodakşından pul qazanır”. Sərxan Şedele ilə tanış olub bildiyim yerdə Banqkokda əla bir prodakşn açdıq. Və arxası gəldi.
Pul da qazanmağa başladınız.
İstədiyim kimi deyildi. Əmi qızım Stella M. Trevez bir kitab yazdı, “Mən 44 yaşındayam oğlum 53” adında. Ayıb olmasın deyə oxudum amma çox xoşuma gəldi. Stellaya zəng vurdum və “Səni dünyada məhşur edəcəyəm” – dedim….. Güldü…
Ayaqqabıçı deyildiniz siz?
Onun üstündən çox keçdi. Kitabı Stellaya xülasə şəklində yazdırdım və Nyu-yorkda kitab sərgisində iştirak etdim. Yaradıcı olmaq mühümdür. Tayvandan çox böyük bir agentliyi yola gətirdim. Və kitab ən çox satanlar siyahısına girdi. Sonra Braziliya və İtaliyaya satdım. “Müəllif agentliyi olacağam” – dedim və araşdırmağa başladım. Solmaz Kamuranın “Kiraze” romanını ticarət etmək üçün yola gətirdim. 1 ildə İspaniyadan İtaliyaya 10 ölkəyə satdım. Sonra Ayşe Kulin ilə tanış oldum.
Sonra televiziya üçün format və serial satmağa başladınız. İlk hansı serialı satdınız?
Min Bir Gecə serialını. Bolqarıstana satdım. Sonra Serbiya, Yunanıstan, Dominikan ölkələrinə. Bu serial 45 ölkəyə satıldı. İndi bazamızda 80-90 layihə var. Artıq böyütmüşük işləri.
Aşkı Memnu.
Aşkı Memnunu da satdım, yəni Cənubi Amerikada İspaniya dilində təkrar çəkildi. Ən böyük satışı Möhtəşəm Yüzyılda etdim.
Möhtəşəm Yüzyılı necə aldınız?
Təmsil etdiyim filmlərin bəziləri Tims Productionın filmləridir. Möhtəşəm Yuzyılı da çəkməyə başlayanda istədim. 10 dəfə getdim, gəldim, amma bir cür vermədilər. Günlərlə yata bilmədim çünki o zaman həyatda ən çox istədiyim şey Möhtəşəm Yüzyıl-ın distribyutorluğunu olmaq idi. Sonunda sağ olsunlar, verdilər. Hər zaman təşəkkür edirəm, çünki mənim şirkətimi çox böyütdü o layihə. Sonra Teymur Savcı ilə bərabər Avstraliyanın ən böyük distribyutoru Brodvey Entertainmenti satın aldıq. Bacımla başladıq, indi 25 nəfərik. Dünya televiziya sektorunun ən sürətli böyüyən distribyutoruyuq.
Bravo.
İldə 10 böyük sərgidə iştirak edirik, 80-90 layihə satırıq. Fransadan Hindistana təxminən 100 ölkəylə işləyirik. 15 ölkədə də nümayəndəliyimiz var. İspaniyadan format alıb İtaliyaya satırıq. Amerikaya da satırıq. 2 formatımız çox tutdu, “Mənə Hər Şey Yaraşır”-ı 25 ölkəyə satdıq.
Bundan sonra mən də sənə yaxşı fikir verəcəyəm!
İnan 2 dəqiqədə yaratdığın yaxşı fikir, insanı milyonçu edər. Səbr çox əhəmiyyətlidır və inadkar olmaq lazımdır. Maaş üçün işləməyi düşünmədim, heç həyəcanlı deyil. Əməyimin qarşılığını almaq istəyirəm. İndi əziyyət çəkim, amma 2 il sonra möcüzələr yarada bilim.
Mənbə: Bizplus.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət