Əgər siz həyatınızda nəyinsə düz getmədiyini, kədərli fikirlərin daha çox olduğunu hiss edirsinizsə,…
Əgər siz həyatınızda nəyinsə düz getmədiyini, kədərli fikirlərin daha çox olduğunu hiss edirsinizsə, çalışın bu vəziyyətdən tez çıxasınız, çünki bu getdikcə uzana bilər. Bunun öhdəsindən gəlmək üçün yollar axtarın. Bu gün mən bu yolların bir neçəsini sizə təklif edəcəyik.
1. Həmişə əhval-ruhiyyənizin yaxşı olmasını istəyirsinizsə, özünüzü idarə etməyi öyrənin. Kiçik şeylərə görə inciməyin. Çalışın ki, sizə yaxın olan insanlarla mübahisə etməyəsiniz, onları bağışlayın. Bağışlayaraq siz hirs və qısqanclıq hisslərindən azad olursuz,hansı ki bu ilk növbədə sizi məhv edir.
2. Dünyaya yumor hissi ilə baxmağa çalışın. Hətta əgər siz narahat olur və ya çətin bir vəziyyətə düşürsünüzsə, buna rəğmən gülümsəyin və deyin ki, “Bu da keçəcək”. İnanılmazdı, amma buna həqiqətən inansanız, onda pis şeylər doğurdan da keçəcək.
3. Bütün dünyaya küsərək evdə oturmayın! Əmin ola bilərsiniz ki, küçədə, dostların-tanışların əhatəsində əhval-ruhiyyə pis olmur! Sübut olunmuşdur.
4. Həyatınıza yeniliklər gətirin. Psixoloqlar məsləhət görürlər ki, vaxtaşırı vərdişlərinizi dəyişin, məsələn: təzə hobbiyə başlayın və yaxud geyim tərzinizi dəyişin. Bütün bunlardan sonra həqiqətən əhəmiyyətli dəyişiklikləri özünüz də hiss edəcəksiniz.
5. İstirahət etməyi bacarın! Hansısa çətin işi yerinə yetirdikdə xoş bir şey haqda düşünün. Məsələn dostlarınız və yaxud sevdiyinizlə görüş barədə.
6. Üzgüçülüklə məşğul olun. Su tonus və əhval-ruhiyyənizi qaldıraraq bədənə istirahət etməyə kömək edir.
7. Dayanın və düşünün. Bəzən insanlar düşünməyə vaxt tapa bilmirlər ki,bilsinlər hansı istiqamətdə hərəkət etməlidirlər. Otağınızı müntəzəm təmizlədiyiniz kimi fikirlərinizi, məqsədlərinizi və münasibətlərinizi də qaydaya salmalısınız.
8. Həyata daha asan münasibət bəsləyin. Çalışın ki, diqqətinizi ancaq indi gördüyünüz işə yetirəsiniz. Kiçik nailiyyətlərinizə də sevinin. Həyat kədərlənmək və özünü günahlandırmaq üçün çox qısadır!
9. Perspektiv hissini qoruyun. Həyat özü bir hərəkətdir. Bu gün sizin üçün faciə olan bir şey sabah sizin üzünüzü güldürə bilər. Bəs boşuna demirlər ki, gecənin xeyrindən gündüzün şəri yaxşıdı.
10. Xoşagəlməz şeyləri unudun. “Hərəkət edin ki, sizin hissləriniz də hərəkət etsin”- psixoloq Merlin Dilfort belə hesab edir. Unutmayın ki, siz öz hislərinizə və emosiyalarınıza görə məsuliyyət daşıyırsınız.
Mənbə: Gəncailə.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət