Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Yaxın vaxtlarda elan olunacaq - Nazir

Yaxın vaxtlarda elan olunacaq - Nazir
Sakura

Yaxın vaxtlarda elan olunacaq - Nazir

İmtahanların keçirilməsi ilə bağlı planlar hazırlanır. Bu qərarlar yaxın zamanda elan olunacaq.

Axar.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, ali təhsil müəssisələrinin rektorları ilə görüş keçirilib:

"Yaz sessiyasının qiymətləndirilməsi ilə bağlı müzakirələr aparılır, təkliflər hazırlanılır. Bu barədə ilkin olaraq baş nazirlə müzakirələr həyata keçirilib".

Ceyhun Bayramov deyib ki, müəllimlərin işə qəbulu 3 mərhələyə bölünür:

"Daimiləşmə, yerdəyişmə və yeni işə qəbul olma prosesi. Yalnız bir müsahibə mərhələsi var və bunun onlayn şəkildə həyata keçirilməsi üzərində işlər aparılır.

Eyni zamanda yerdəyişmə prosesi iyun ayında, işə qəbul isə iyul ayında həyata keçiriləcək. Yeni normaları nəzərə almaqla, bu istiqamətdə işlər aparılır".

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR