Slimfit
  1. TEXNOLOGİYA

Yaxın üç ildə əksər aeroportlarda sifətin tanınması sistemi tətbiq ediləcək

Yaxın üç ildə əksər aeroportlarda sifətin tanınması sistemi tətbiq ediləcək
Sakura

Yaxın üç ildə aeroportların təxminən 80 faizi və aviaşirkətlərin 70 faizi sərnişinlərin sifətinin tanınması…

Yaxın üç ildə aeroportların təxminən 80 faizi və aviaşirkətlərin 70 faizi sərnişinlərin sifətinin tanınması və biometrik nəzarət sisteminin sınağına başlayacaq. Texnologiyalar pasport yoxlanışı zamanı növbələrin aradan qaldırılmasına və uçuşdan əvvəl yoxlama vaxtının azaldılmasına imkan verəcək. Bu barədə "SITA" analitik şirkətinin məlumatında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "Hightech" resursuna istinadən yazır ki, biometrik nəzarət sistemlərinə keçid aeroport və aviaşirkətlərdən çoxlu xərc tələb etməyəcək. Bu səbəbdən onların inteqrasiyasının belə sürətli olacağı proqnozlaşdırılır. Şirkətlər videomüşahidə kameralarına sifətin tanınması sistemini tətbiq etməklə bunu həyata keçirə biləcəklər.

Texnologiyalar təyyarəyə minmə zamanı pasportlardan imtina etməyə imkan verir: sərnişin qeydiyyatdan onlayn keçir, aeroportda isə o yalnız baqajı təhvil verir, uçuşdan əvvəlki yoxlanış skanerindən keçir və minmə zamanı kameraya baxmaqla şəxsiyyətini təsdiq edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR