Slimfit
  1. CƏMİYYƏT

Yaxın üç gündə hansı bölgələrdə intensiv yağıntıların olacağı AÇIQLANDI

Yaxın üç gündə hansı bölgələrdə intensiv yağıntıların olacağı AÇIQLANDI
Sakura

Yaxın üç gündə hansı bölgələrdə intensiv yağıntıların olacağı AÇIQLANDI

Qarşıdakı üç gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, 5 və 6 yanvar tarixlərində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir:

“Lakin yanvarın 6-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi arabir güclənən şimal-qərb küləyi əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə 25-30 m/s-yə çıxacaq. Axşama doğru külək zəifləyəcək. Havanın temperaturu günorta saatlarında 8-13 dərəcə isti olacaq”.

G.Məmmədova qeyd edib ki, bölgələrdə də yanvarın 5-i günün birinci yarısında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır:

“Lakin gündüz qərb rayonlarından başlayaraq yanvarın 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir”.

Xidmət rəsmisi bildirib ki, ayrı-ayrı yerlərdə - Naxçıvan Muxtar Respublikasında, Qarabağ və Şərqi Zəngəzur bölgəsində, eləcə də Quba-Qusar zonasında yağıntıların intensiv olacağı ehtimal olunur:

“6 yanvarda gündüz saatlarından yağıntıların kəsiləcək, 7 yanvar tarixində isə əksər rayonlarda yağmursuz hava şəraitinin olacağı gözlənilir. Qərb küləyi bəzi bölgələrdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu Aran rayonlarında günorta saatlarında 10-15 dərəcə isti, dağlıq rayonlarda isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR