Slimfit
  1. HƏRB

"Yaxın saatlarda son baş verən hadisələrin nəticəsini görəcəyik" - POLKOVNİK

"Yaxın saatlarda son baş verən hadisələrin nəticəsini görəcəyik" - POLKOVNİK
Sakura

"Yaxın saatlarda son baş verən hadisələrin nəticəsini görəcəyik" - POLKOVNİK

“Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında artıq silahlar danışmalıdır. Çünki düşmən tərəfi bizə başqa yol qoymayıb”.

Ens.az xəbər verir ki, bu sözləri Redaktor.az-a hərbi ekspert Üzeyir Cəfərov deyib. O, Ermənistanın Azərbaycana müharibədən başqa ikinci bir yol saxlamadığını bildirib:

“Prezidentin də dediyi kimi, əgər danışıqlar prosesi nəticə vermirsə, geriyə sadəcə problemin hərbi yolla həll olunması məsələsi qalır. Zənnimcə, artıq silahlar danışmalıdır. Dünən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA), kiçik çavuş Elşən Məmmədovun şəhid olması və ümumilikdə cəbhə və dövlət sərhəddində baş verən hadisələr müharibənin artıq vaxtının çatdığını göstərir. Yaxın saatlarda biz son baş verən hadisələrin nəticəsini görəcəyik.

Çünki düşmən son günlər həddindən artıq azğınlaşıb, təxribatları intensivləşib. Bu təxribatların qarşısını almağın tək yolu isə, düşmənə hərbi yolla cavab verməkdir. Düşünürəm ki, o məqam yetişib, biz artıq hərəkətə keçməliyik”.

Ekspert Prezident İlham Əliyevin beynəlxalq qurumlara verdiyi mesajdan bəhs edib:

“Hesab edirəm ki, prezidentin Ermənistanla danışıqların mənasız olduğunu bəyan etməsi, təkcə Azərbaycan auditoriyasına deyil, bütövlükdə beynəlxalq qurumlara bir mesaj idi. Ölkə başçısı bununla artıq işğalçı ilə hər hansı bir danışıqların mənası və prespektivi olmadığını bəyan etdi”, - deyə o bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR