Slimfit
  1. MARAQLI

Yaxın gələcəkdə insanları necə dəfn edəcəklər? Karton tabutları və liftli qəbiristanlıqlar

Yaxın gələcəkdə insanları necə dəfn edəcəklər? Karton tabutları və liftli qəbiristanlıqlar
Sakura

Karton tabutları və liftli qəbiristanlıqlar: yaxın gələcəkdə insanları necə dəfn edəcəklər ?

Son illər ərzində texnologiya və bir çox sosial meyllər həyatımızı kökündən dəyişdirib. Deyəsən, dünyanın bir sıra ölkələrində ölüm məsələsində də dəyişikliklərin zamanı gəlib çatıb. Belə ki, çox sayda texnoloji startaplar insanların son səyahətə etik, texnoloji və ekoloji qaydalarla yola salınmasında xidmətlərini təklif etməyə hazırdırlar.

Ens.az Forbes-a istinadən xəbər verir ki, inkişaf etmiş ölkələrin sakinləri öldükdən sonra ətraf mühitə zərər vurmamağın qeydinə qalmağı düşünürlər. Məlumdur ki, bir çox ölkələrdə standart "cənazə dəsti"nə balzam, ağacdan və ya metaldan hazırlanmış tabut, kremləmə və .s. daxildir. Bunlar isə bütün hallarda təbiətə zərər nöqteyi-nəzərindən doğru seçim sayılmır. Green Burial Council-ın məlumatına görə, mərhum amerikalılarla birlikdə hər il 6 milyon xətti metr ağac, 15 milyon litr balzam mayesi, 1,6 milyon ton beton, 17 min ton mis və tunc, 64 ton polad dəfn edilir.

Krematoriya borularında isə məcburi filtrlərə baxmayaraq, hər il atmosferə 250.000 ton karbon qazı buraxılır.

"Yaşıl dəfn" seqmenti sayəsində amerikalılar təbiətə qovuşmalarını qabaqcıl biotexnologiyalar vasitəsi ilə inkişaf etdirə biləcəklər. Keçmişdə 90-cı illərin ulduzu Luke Perry Coeio firmasının hazırladığı ağ-qara kəfəndə basdırıldmışdı. Onun tərkibi mikroorqanizmlərə əsaslanırdı, bu da parçalanmanı sürətləndirməli və qısa müddətdə qalan zəhərli maddələrin zərərsizləşdirilməsi baxımdan ekoloji cəhətdən təmiz sayılırdı.

ABŞ-da fəaliyyət göstərən Rescompast şirkəti çoxdandır ki, adından göründüyü kimi dünyasını dəyişənlərə bağlı "yenidən yaz " çağırışları təşkil edir. Şirkət köhnə qəbir yerlərini gələcəkdə ekoloji yaşayış məntəqəsinə çevirmək üçün Vaşinqtonun cənubundakı 640 hektar ərazini canlandırmağı planlaşdırır.

Məsələ bundadır ki, inkişaf etmiş ölkələrdə əhali qocalır və ölüm gənc texnologiya sahibkarları üçün perspektivli bir bazara çevrilir. Fransada biznes məktəblərindən birinin 32 yaşlı məzunu cənazə evləri üçün proqram təminatı həyata keçirən b2b şirkəti qurub. Şirkət dəfn büroları üçün proqram təminatı həyata keçirməklə yanaşı, dünyasını dəyişən insanların pensiya hesablarının bağlanması və s kimi inzibati işlərin həlli ilə də məşğul olur.

Digər bir fransız şirkəti oıan AdVitam da dəfn işlərini asanlaşdırmaq istiqamətində fəaliyyət göstərir. Onlar dəfn agentliklərinin müştəriləri ilə işləyirlər. Həmin agentliklərin onlayn operatoru rolunu oynayır və ofisə şəxsi ziyarət ehtiyacını aradan qaldırır, qohumlara yalnız baş vermiş itkinin qəm-qüssəsinə köklənməyə və pula qənaət etməyə imkan yaradır: Avropanın ınkişaf etmış ölkələrində orta ailə qohumunun dəfn işləri üçün 2.5-4.5 min avro xərcləyir və AdVitam xidməti bu xərcləri bir neçə dəfə azaltmağa imkan yaratdığını iddia edir.

Oxşar xidmətlər İngiltərədə Willow şirkəti tərəfindən də həyata keçirilir: Onlar özləri kimi fəaliyyət göstərən digər özəl şirkətlərlə rəqabət aparırlar. Özlərini "yaşıl cənazələr" ( ekologiyaya zərər verilməməsi baxımından) kimi təqdim etmirlər, lakin tabutların kataloqu xüsusi kartondan toxunmuş nisbətən ekoloji təmiz bambukdan ibarətdir.

Rus cənazə sənayesindəki yeniliklər, daha çox bu günə qədər müştərilərinə açıq istehlak üçün son şans verməyə yönəldilmişdir. Voyager firması bu sahədə daha çox eksklüzivliyi və prestiji vurğulayır və tanıtım üçün "sən buna dəyərsən" ifadəsini istifadə edirlər. Bununla birlikdə, müəyyən bioloji baxımdan səmərəli seçim imkanları da təqdim edir, ancaq bunlar ingilis Willow şirkətinin təqdim etdiyi məhsullardan fərqli olaraq, qənaətli deyildir.

Həmin Voyager firması isə yəqin ki, əfsanəvi kosmik gəmiyə aludəçiliyi davam etdirərək, arzuya əsasən ölmüş şəxslərın cənazələrini yandırıb küllərini vinil plastinkasında presləməyi təklif edir. Daha sonra isə xüsusi kapsulalarda toplanaraq kosmosa buraxılması təşkil oluna bilər.

Dəfn prosedurunu deyil, qəbiristanlıqlarla bağlı islahatlara çağıran təşəbbüslər də var. Yaponiya və İsrail kimi ölkələrdə qəbiristanlıqlar üçün yer çatışmazlığı nəticəsində yaranan böhran texnoloji həll yollarına tələbat yaradır.

Yaponiyanın Nagoya şəhərində yerləşən Buddist məbədində futuristik məzarlıq yaradılıb. Qohumları mərhumun xatirəsini yad etmək üçün gələndə mərhumun məlumatlarını müvafiq elektron bölməyə daxil edirlər və ziyarətinə gəldikləri kapsul qarşılarına gəlir.

Qüds katakombaları birbaşa Givat Şaul rayonundakı ən böyük yəhudi qəbiristanlığının altındadır. Qəbiristanlığın özü artıq yeni mərhumları qəbul etmir, buna görə onun altında yeni bir nekropol tikilmişdir. Layihəni həyata keçirən Rolzur şirkəti avtomobil və dəmir yolu tunellərinin inşası ilə məşğuldur. 23.000-lik cəsəd üçün nəzərdə tutulan məzarın bir lifti var və ziyarətçilər bura endikdə qolf arabalarında hərəkət etmək imkanı təklif olunur. Zindanın çox tutqun görünməsinin qarşısını almaq üçün orada yumşaq LED işıqlandırma və Alman rəssam İvelle Gabrielle tərəfindən hazırlanmış nəhəng vitraj pəncərələr quraşdırılmışdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR