Slimfit
  1. DÜNYA

Yaxın 40 il ərzində dünya əhalisinin sayı 60 faiz artacaq?

Yaxın 40 il ərzində dünya əhalisinin sayı 60 faiz artacaq?
Sakura

Yaxın 40 il ərzində dünya əhalisinin sayı 60 faiz artacaq?

Azərbaycan gənclərin inkişafı üçün bu günün çağırışlarını yerinə yetirir. Azərbaycan hökuməti bu çağırışları praktik həyata keçirmək üçün gənclərə çox gözəl şərait yaradır. 

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisdə (MM) Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında adıçəkilən qurumun prezidenti Qabriela Kuevas Barronbildirib. 

Onun sözlərinə görə, bu gün öhdəliklər haqda da düşünmək lazımdır:

“Biz bilməliyik ki, bundan sonra torpaq, su, enerji resurslarına daha çox ehtiyac olacaq. İqlim dəyişikliyi nəticəsində istilik 1.5 dərəcə artıb. Bunu nəzərə almalı, ətraf mühitin yaratdığı təhdidlərə hazır olmalıyıq”.

PAİ-nin prezidenti söyləyib ki, yeddi nəsil qabağa baxanda bugünkü şəraitin olmayacağını görməliyik: 

“Yeddi nəsildən sonra ərzaqla bağlı çətinliklər yaranacaq. Bu gün dəniz hövzələri təhlükə altındadır. Altı milyard ton balıq ehtiyatlarımız son 10 ildə məhv olub. Gəlin, səhv etməyək. Biz seçimlərimizi düzgün etməli, qərar qəbul edəndə onların cəsarətli olmasını təmin etməliyik. Çünki gənclərimizin taleyi bizim addımlarımızdan asılıdır”. 

Qabriela Kuevas Barron qeyd edib ki, gələcəklə bağlı işlər, təklif olunan rəylər cəsarətli olmalıdır: 

“Gənc siyasətçilərə bu sahədə arxalanırıq və əminəm ki, onlar bizim gələcək dünyamızı quracaqlar. Siz bizim gələcəyimizin təminatçısısınız. Bugünkü çağırışlara olan cavab tədbirləri gənclərsiz mümkün olmayacaq.

Onların səlahiyyətləndirilməsi çox vacibdir. Gənclərlə bağlı qərarlar onlarsız qəbul edilməməlidir. Biz onları dəstəkləməliyik. Təhsil, elm silahından istifadə etməklə yoxsulluğun qarşısını ala bilərik. Biz təhsili xərc kimi deyil, üstünlük, borc kimi qarşılamalıyıq. İnsanlarla bağlı problemlər təhsillə həll edilməlidir”.

O deyib ki, yaxın 40 il ərzində dünya əhalisinin sayı 60 faiz artacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR