Slimfit
  1. AZƏRBAYCAN

“Yaşlı könüllülər” layihəsinə start verildi

“Yaşlı könüllülər” layihəsinə start verildi
Sakura

“Yaşlı könüllülər” layihəsinə start verildi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun tərkib hissəsi kimi “Yaşlı könüllülər” layihəsinə başlanılıb.

Nazirliyin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan pensiyaçıların bir qismi layihə çərçivəsində “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətinə cəlb olunublar. Belə ki, onlar 1 ay ərzində “Könüllülüyün yaşı yoxdur” şüarı altında uşaqlar üçün ayrılmış oyun guşəsində uşaqların qeydiyyatının aparılması və onlara nəzarətin həyata keçirilməsi, vətəndaş axınının idarə olunması, müraciətlərin müvafiq bölmələrə yönləndirilməsi, vətəndaşlardan xidmətlərlə bağlı rəy sorğularının götürülməsində və s. işlərdə yardımçı olacaqlar.

Layihənin məqsədi ASAN Könüllülük Məktəbi vasitəsi ilə yaşlıları fəal yaşlılığa, təcrübə mübadiləsinə cəlb etmək, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətdə aktiv rol oynamağa dəvət etmək, onlara sosial inteqrasiya və yeni insanlarla tanış olmaq imkanı yaratmaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, “Yaşlı könüllülər” layihəsi çərçivəsində nazirliyin Bilgəhdə yerləşən pensiya yaşına çatmış şəxslərin sosial xidmət müəssisəsində yaşayan bir qrup ahıl şəxsin “Asan xidmət” mərkəzlərində bu layihəyə cəlb olunması və onların yenidən aktiv həyat tərzinə, əmək mühitinə qayıdışı və cəmiyyətdə özlərini bir daha realizə etmə imkanlarının yaradılması bizim tərəfdən çox mühüm qiymətləndirilir: “Ümid edirik ki, layihə yaxın zamanlarda daha da genişlənəcək və təkcə sosial xidmət müəssisələrində yaşayan pensiyaçılar deyil ümumilikdə, bura qoşulmaq istəyən digər pensiyaçılar da layihəyə qatılacaq və cəmiyyətə, gənclərə və bizə öz töhfələrini verəcəklər”.

“ASAN xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev isə diqqətə çatdırıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair Memorandumun imzalanıb. Bu Memorandum çərçivəsində artıq ilk layihəmiz gerçəkləşdi: “Sizin də iştirakınız ilə artıq könüllülərimiz “Asan xidmət” mərkəzlərinə cəlb olunublar. Bir ay müddətində yaşlı könüllülərimiz “Könüllülüyün yaşı yoxdur” şüarı adı altında 5 və 2 saylı “Asan xidmət” mərkəzlərində olacaq, proseslərə qoşulacaqlar. Uşaq oyunu sahəsində uşaqların qeydiyyata alınması, onlara nəzarət, vətəndaş axınının yönləndirilməsi, vətəndaşlarımızın müxtəlif müraciətlərlə bağlı, müxtəlif bölmələrə yönləndirilməsi işində digər könüllülərimizlə birgə çalışacaqlar”.

Qurum rəsmisi onu da qeyd edib ki, gələcəkdə layihənin genişləndirilməsi nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR