Yaşlı cütlüyün ölümqabağı vidalaşma anı
Kadrları “Daily Mail” yayımlayıb.
Videoda bir-birinə yaxın xəstəxana çarpayısında yatan 85 yaşlı Çjan və onun 87 yaşlı xanımı Ven əks olunub.
Çjan yanvarın 16-da ağciyər xərçəngi ilə bağlı xəstəxanaya yerləşdirilib, altsheymer xəstəliyindən əziyyət çəkən arvadı isə səhəri gün tənəffüsündə yaranan problemlə əlaqədar elə həmin tibb müəssisəsində intensiv terapiya şöbəsinə aparılıb.
Lakin həkimlərin səyinə baxmayaraq, Venin vəziyyəti kəskin pisləşib. Bu səbəbdən Çjen tibb işçilərindən xahiş edib ki, son dəfə xanımı ilə görüşməyə icazə versinlər.
“Bəlkə də, bu həyatda bir daha onu görmək nəsib olmadı”, - deyə o bildirib.
Həkimin icazəsi ilə Çjan Venin yaxınlığında yerləşdirilib. Kadrlarda onların əl-ələ tutduğu görünür. Çjan arvadını çağırır və ona tərəf baxır.
Sonra çinli kişi öz otağına aparılıb, qadın isə ölüb. Nəşrin məlumatına görə, ailə hələ Çjenə xanımının vəfat etdiyini bildirməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət