Slimfit
  1. ELM

Yaşlanmanın qarşısını almaq mümkün olacaq

Yaşlanmanın qarşısını almaq mümkün olacaq
Sakura

Yaşlanmanın qarşısını almaq mümkün olacaq

ABŞ-da 2009-cu ildə əsası qoyulmuş "Unity Biotechnology" startap şirkəti qocalmanın qarşını almaq üçün tədqiqatlar aparır.
 
Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, Nataniel Deyvidtərəfindən əsası qoyulan şirkəti "Amazon"un qurucusu Ceff Bezos, "PayPal"ın yaradıcılarından olan Piter Tiil kimi şəxslər maliyyələşdirir. Hazırda qurumun 700 milyon dollar bazar dəyəri var. 
 
Qurum hazırda sadəcə yaşlanmanın qarşısını almağa çalışmır, həmçinin yaşlanma ilə əlaqədar yaranan və yaşlanmanı sürətləndirən xəstəliklərə qarşı dərman hazırlamağa çalışır. İlk hədəf osteoartrit xəstəliyi ilə mübarizədir. "Unity Biotechnology"nin hazırladığı "senolytic agent" adlı dərman dizə inyeksiya edilərək yaşlanan hüceyrələri məhv edə, osteoartritlə əlaqədar yaranan ağrıların qarşısını ala bilər. Yaşlanan hüceyrələrin 30%-inin məhvi və həyat keyfiyyəti və müddətini uzatmaq planlaşdırılır. 
 
Tədqiqatın növbəti mərhələsində yaşlanma ilə əlaqədar yaranan digər xəstəliklər nəzərdən keçiriləcək. 
 
Qeyd edək ki, yaşlanma və qocalıqda xəstləliklərlə mübarizə sahəsində tədqiqat aparan şirkət yalnız "Unity Biotechnology" deyil. "Google" tərəfindən 2013-cü ildə əsası qoyulan və 1,5 milyard dollar büdcəyə sahib "Calico" (California Life Company) yaşlanmanın səbəbləri və onunla mübarizə üsulu barədə araşdırma aparır. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR