Slimfit
  1. DÜNYA

Yaşlanmanı sürətləndirən məhsullar açıqlandı

Yaşlanmanı sürətləndirən məhsullar açıqlandı
Sakura

Yaşlanmanı sürətləndirən məhsullar açıqlandı

Alimlər təkrar istehsal olunan qidanın hüceyrələrin qocalma prosesini sürətləndirdiyini açıqlayıblar.

Şirniyyat, qəlyanaltılar, qazlı içkilər, müxtəlif çərəzlər, yarıbişmiş məhsullar və təkrar emal olunmuş ət yaşlanmanı sürətləndirir.

“La Vanguardia” xəbər verir ki, Navarra Universitetinin tədqiqatçılar qrupu yüksək səviyyədə emal edilmiş qidaların xromosomların ucundakı telomerləri qısaltdığını müəyyən ediblər.

Çörək məhsulları və qəlyanaltılar, qazlı içkilər, müxtəlif çərəzlər, şirin qarğıdalı lopaları, təkrar emal edilmiş yarıbişmiş məhsullar və ət məhsulları ultra emal edilmiş qida hesab olunur. Bu növ qidalarda çox miqdarda qoruyucu maddələr, boyalar, şəkər, yağ və duz var, lakin vitamin və lifli maddələr azdır.

Tədqiqatın nəticələrinə əsasən, yaş artdıqca telomerlər orqanizmdəki təbii proses nəticəsində qısalmağa başlayır, çox emal olunmuş qida isə bu prosesi sürətləndirir.

57 yaşdan 91 yaşa qədər 886 könüllünün iştirakı ilə keçirilmiş təcrübə nəticəsində tədqiqatçılar onların yedikləri və içdikləri ilə telomerlərin uzunluğu arasında əlaqəni təhlil ediblər.

Bu araşdırma gündə ən azı üç dəfə çox emal edilmiş qida istehlak edən insanlarda telomerlərin qısalma ehtimalının normalda olduğundan iki dəfə yüksək olduğunu göstərib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR