Slimfit
  1. ARAŞDIRMA

Yaşlandıqca vücudumuzda baş verən proseslər

Yaşlandıqca vücudumuzda baş verən proseslər
Sakura

Yaşlandıqca vücudumuzda baş verən proseslər

İspaniyanın Beynəlxalq Onkoloji Araşdırmalar Mərkəzinin həkimi Manuel Serrano "Yaşlanmanın işarələri" adlı yeni bir araşdırma aparıb. Araşdırmada illər keçdikcə vücudumuzda başlanan proseslər qeyd edilib.

Metbuat.az xəbər verir ki, Serrano BBC-yə verdiyi açıqlamada bildirib:

"Bunlar qaçılmaz faktlardır. Yaşam tərzi və genetikaya bağlı olaraq bəzi insanlarda daha az, bəzilərində daha çox görülə bilər. Amma mütləq baş verir".

Araşdırmada qeyd olunan həmin prosesləri təqdim edirik:

DNT-dəki zədə artır

DNT-miz hüceyrələr arasında ötürülən genetik kodumuzdur. Yaşlandıqca məlumatın ötürülməsində xətalar yaranır və bu xətalar hüceyrələrdə toplanır. Xətalar toplandıqca xərçəng hüceyrələrinə də çevrilə bilər.

Xromosomlar köhnəlir

DNT zəncirlərinin ucunda xromosomları qoruyan qapaq tipli hissəciklər var. Eynən ayaqqabı bağının ucundakı plastiklər kimi. Yaşlandıqca bu "qapaqlar" köhnəlir və xromosomlar qoruyucularını itirmiş olur.

Hüceyrələr davranışlara təsir edir

Vücudumuzda "DNT ifadəsi" adlandırılan müddət başlayır. Hüceyrədəki minlərcə gen hüceyrənin nə edəcəyini müəyyən edir. Zaman və yaşam tərzimin bu prosesə təsir edir. Buna görə də, hüceyrələr etməli olduqlarından fərqli şeylər edə bilirlər.

Hüceyrə yenilənmə xüsusiyyəti itirilir

Zədəli ünsürlərin azalması üçün hüceyrələr sürətli olaraq yenilənirlər. Lakin yaşlandıqca bu proses zəifləyir.

Hüceyrə metobolizması idarəni itirir

Hüceyrələr maddələri düzgün bir şəkildə metabolizasiya etmə xüsusiyyətlərini itirirlər. Nəticədə, şəkər xəstəliyi kimi xəstəliklər meydana çıxır.

Hüceyrələr zombiyə çevrilir

Bir hüceyrə aşırı zədə gördükcə, digər zədəli hüceyrələrin artmasına mane ola bilmir, zədəli hüceyrə bölünərək artır, ölmür.

Hüceyrələrin əlaqəsi sona çatır

İnsan vücudundakı hüceyrələr daim əlaqədədirlər. Lakin qocaldıqca bu funksiya itir. Nəticədə dialoqlarda problemlər yaşanır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR