Slimfit
  1. AZƏRBAYCAN

Yaşıllıqların uçotu barədə məlumat verməyənlər cərimələnəcəklər

Yaşıllıqların uçotu barədə məlumat verməyənlər cərimələnəcəklər
Sakura

Yaşıllıqların uçotu barədə məlumat verməyənlər cərimələnəcəklər

Milli Məclisin (MM) 2018-ci il payız sessiyası ilə bağlı parlamentin Aqrar siyasət komitəsinin sentyabrın 12-də keçirilən ilk iclasında dörd məsələ gündəliyə daxil edilib.

Oxu.Az-ın xəbərinə görə, bunlar komitənin MM-in yaz və növbədənkənar sessiyaları ilə bağlı hesabatı, payız sessiyası üçün qanunvericilik işləri planı, “Yaşıllıqların mühafizəsi haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə qanun layihələridir.
 
Qeyd edək ki, dəyişikliklər uyğunlaşdırma xarakterlidir.

“Yaşıllıqların mühafizəsi haqqında” qanunun 11.0.2-ci maddəsinə edilən dəyişiklikdə təklif olunur ki, yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə, yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə bələdiyyələrdən məlumat hüququ təsbit olunsun.

İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə edilən texniki xarakterli dəyişiklikdə isə qeyd olunur ki, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - vəzifəli şəxslər min, hüquqi şəxslər isə üç min manat miqdarında cərimələnsinlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR