Slimfit
  1. MARAQLI

Yaşıl çayın bu faydalarını bilirdiniz?

Yaşıl çayın bu faydalarını bilirdiniz?
Sakura

Yaşıl çayın bu faydalarını bilirdiniz?

Yaşıl çay həyatımıza girməsindən bəri, adətən arıqlamağa köməkçi bir çay kimi tanınır və bu məqsədlə sərf edilir. Halbuki yaşıl çayın faydaları düşündüyümüzdən də çoxdur.

Medpress.az xarici mətbuata istinadən bu faydaları təqdim edir.

1. Günəş yanığı və dəridəki digər zədələri müalicə edir

Adətən, günəş yanıqlarını müalicə etmək üçün aloe vera istifadə edilir, ancaq yaşıl çay da yardımçı ola bilər. İltihaba qarşı özəl xüsusiyyətləri olan bu möcüzəvi bitki günəş altında qaralmaqdan əziyyət çəkən insanların böyük köməkçisidir. Təmiz bir bez parçasını soyudulmuş bir stəkan yaşıl çayın içinə batırın və yanmış sahəyə tətbiq edin.

2. Qoxuları çəkin

İstifadə olunan çay poşetləri soyuducu, zibil qutusundan, ayaqqabılardan və hətta alt paltarınızdan gələn qoxuları aradan qaldırmaq üçün istifadə edilə bilər.

3. Daha təsirli bir təmizlik istəyirsinizsə…

Yaşıl çay əslində bir çox ev işində yardımçı ola bilər. Taxta lövhələri təmizləyərkən ayaqaltı suyunuza əlavə edərdiniz. Mebelləri təmizləmək üçün soyudulmuş çay da istifadə edə bilərsiniz. Şüşə təmizləmək üçün bir sprey şüşəsinə yerləşdirə bilərsiniz. 

4. Ağaclarınızı həddindən artıq sudan qoruyun

Bildiyiniz kimi, bitkilərin çox su alması onlar üçün pis bir haldır. Yaşıl çay poşetləri, torpağınızın dibinə yerləşdirilsə, suyu sormağa yardımçı ola bilər, bu da bitkilərin həddən artıq rütubətdən qorunacağı və rütubətin zaman içində daha səmərəli şəkildə yenidən bölüşdürüləcəyi mənasına gəlir.

5. Dişlərinizi gücləndirin

Hamımız qəhvə və soda ilə dişimizi ləkələyə bilirik, ancaq yaşıl çayı şəkərsiz olaraq içsəniz diş sağlamlığınıza yardımçı ola bilər. Katexinlər adı verilən molekullar sayəsində, gündə bir stəkan yaşıl çay içmək dişlərinizi itirmək riskini azaldacaq.

6. Yatanda çəki verin

Yaşıl çayın arıqlamağa köməkçi olduğu bilinir. Xüsusilə şəkərli bir içkinin yerinə içdikdə yatarkən çəki verməyinizə köməkçi ola bilər. Təsirlərini görmək üçün yatmazdan 2 saat əvvəl çayı içməyi tövsiyə edirik.

7. Təzə bir yarada qanaxmanı azaldın

Bir kəsikdən əziyyət çəksəniz, yaşıl çaydan yardım alın. Yaşıl çayda olan tanenlər qanı qatılaşdıraraq qanaxmanı dayandırmağa köməkçi olar. Etməniz lazım olan tək şey, qanayan bölgəyə soyudulmuş yaşıl çay poşeti və ya soyudulmuş yaşıl çaya batırılmış tənzif qoymaqdır.

8. Göz şişkinliklərini azaldın

Adətən, göz şişkinliklərini azaltmaq üçün xiyar istifadə edilir. Ancaq istifadə edilmiş çay poşetləri də eyni nəticələri verir. Soyumasını gözlədikdən sonra gözlərinizin üzərinə qoyun.

 9. Saçınızı təmizləyin

Yaşıl çay saçınızın ən yaxşı dostudur desək səhv olmaz. Yaşıl çay poşetlərini suya batırın və özünüzə asan bir saç maskası hazırlayın. Yaşıl çayı bir şampun kimi istifadə etmək olar.

10. Qırışları və qocalmanın təsirlərini azaldın

Yaşıl çay, antioksidantları sayəsində qocalmanın təsirlərinə də yardımçı ola bilər. Bir kağız dəsmalı yaşıl çaya batırın və üzünüzə tətbiq edin.

11. Xalçadakı ləkələri təmizləyin

Xalça ləkələri ilə mübarizə aparmağı düşünürsünüzsə, o zaman açıq yaşıl çayın gücünü kiçildirsiniz. Tək etməniz lazım olan rütubətli yaşıl çay yarpaqlarını ləkələrin üzərinə qoymaq və bir müddət dayandıqdan sonra götürməkdir. Çay yarpaqları tozu və çirki çəkərək təmizliyi asanlaşdırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR