Dərc edildi: Baxış sayı: 571
Yaşı 65-dən yuxarı olanlar avtobusa minə bilməzlər - Türkiyədə yeni qadağalar
Türkiyə yoluxma sayının artması ilə əlaqədar olaraq yeni qadağalar tətbiq etməyə başlayıb.
Ens.az Milli.Az-a istinadən xəbər verir ki, qadağalar 65 yaşdan yuxarı şəxslərlə bağlıdır. Belə ki, yaşı 65-dən yuxarı olan şəxslərə aid edilən qərarın tətbiq edildiyi vilayətlərin sayı artırılıb. Artıq Kütahyada da yaşı 65-dən yuxarı olan şəxslər təyin edilməmiş saatlarda kütləvi tədbirlərdə iştirak, avtobusdan istifadə edə bilməzlər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına görə, Türkiyədə koronavirusa yoluxanların sayı 250 minə yaxınlaşır. Bu ölkədə koronavirus səbəbindən 6 minə yaxın insan dünyasını dəyişib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət