Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yaşı 40-dan az olanlarda koronavirus hallarının artması nə ilə bağlıdır?

Yaşı 40-dan az olanlarda koronavirus hallarının artması nə ilə bağlıdır?
Sakura

Təhlükəli virus təkcə yaşlı insanlara yoluxmur

Ens.az saytı bildirir ki, rusiyalı virusoloq Yevgeniya Selkovanın fikrincə, virusun gənclərə "hücumunun" səbəbi, onun mutasiya olunaraq getdikcə daha çox qurban seçməsidir. Eyni zamanda, həkimlər deyir ki, uyğunlaşma və dəyişmə nəticəsində virus gücünü itirir. Bu hal donuz və quş qripində də müşahidə olunurdu.

Yoluxmuş gənclərin sayının artması aparılan testlərin artması ilə də əlaqədardır. İndi əksər ölkələrdə yalnız xaricdən qayıdanları deyil, yoluxmuş olduğu iddia edilən şəxslə əlaqə quranları da yoxlayırlar. Bunun üçün bir sıra hallarda klinikaya baş çəkmək də lazım gəlmir, həkimlər evə gələrək də test aparırlar.

Virusoloq gənclərin koronavirusa daha asanlıqla dözdüyünü vurğulayıb.

"Xəstəlik tamamilə simptomsuz da ola bilər. Buna görə də, ümumiyyətlə yoxlanmayan adamlar onu özü də bilmədən başqalarına yoluxdura bilir" deyib o.

Mənbə: www.passion.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR