Slimfit
  1. AZƏRBAYCANLI

Yaşayıb yaratmaq gözəldir, qardaşım!

Yaşayıb yaratmaq gözəldir, qardaşım!
Sakura

Yaşayıb yaratmaq gözəldir, qardaşım!

Altmış dörd il bundan öncə dünya bambaşqa idi. Sovet ittifaqı kommunist partiyası mərkəzi komitəsinin baş katibi Nikita Xruşov olanda, İranda feodalizm tüğyan edirdi. Daha doğrusu, şah Məhəmməd Rza Pəhləvinin dövranı idi. Ölkənin Təbriz şəhərinin Çərandab məhəlləsində Qulu adlı bir kişi zövcəsi Xədicəsultan xanımla birlikdə zəmanənin çətinliklərinə sinə gərərək övladlarını böyüdürdü. Ailədə yeddi uşaq var idi- dörd oğlan, üç qız. Bu gün sizə həmin oğlanlardan biri- Yaqubdan söhbət açmaq istəyirəm...

Yaqub necə deyərlər, çox fərasətli uşaq idi. Təhsilə maraq göstərər, zirəklikdə tay-tuşlarından geri qalmazdı. Yaxşı avazı, məlahətli səsi onu məhəllənin sevimlisi etmişdi. Yeddi yaşı olanda Qulu kişi onu Fərvərdin Mədrəsəsinə aparıb adını şagirdlər sırasına yazdırdı. Tezliklə təhsilə başlayan Yaqubun sevincinin həddi-hüdudu bilinmirdi. Qarşıda onu gözləyən uğurlardan hələ xəbəsizdi...

Bir müddət sonra onu Təbriz televiziyasının uşaqlar proqramına dəvət etdilər. Oxuduğu "Cücələrim" mahnısı ilə Azərbaycan, eləcə də İranda dillər əzbəri olanda özünü kəşf etməyə başladı. Bir neçə ilə xalq və bəstəkar mahnılarıyla tanış olan və məharətlə ifa edən Yaqub on beş yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə" və "Dilbər" mahnısını oxudu. Sonra Tehran operasının xorunda öz musiqi fəaliyyətini davam etdirdi...

1979-cu ildə İranda baş verən xalq inqilabından bir il sonra Almaniyaya köçən Yaqub Zurufçu öz musiqi təhsilinə Hamburq şəhərindəki universitetlərdən birində başlayıb. Oranı vokal sənəti üzrə bakalavr kimi bitirərək, daha sonra ABŞ-ın Florida ştatının Mayami Universitetində magistr dərəcəsinə yiyələnib...

1989-cu ildə mərhum xalq artisti Gülağa Məmmədov Almaniyda səfərdə olarkən Yaqub Zurufçunun “Ayrılıq” mahnısını əks etdirən həvəskar çəkilişi ilə hazırlanmış klipi görüb heyrətlənir və həmin klipin videosürətini Azərbaycana gətirib televiziyada yayınlanmasına nail olur. Və nəhayət tezliklə Gülağa Məmmədovun dəvəti, “Vətən Cəmiyyəti”nin dəstəyi ilə Yaqub Zurufçu ilk dəfə Azərbaycana gəlir.

O, ABŞ vətəndaşı olmaqla bərabər, 2009-cu ildən həm də Azərbaycan Respublikasının vətəndaşıdır. "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülüb...

Deyir ki,- “Bir müğənni gün ərzində neçə televiziya kanalında qonaq olar? Bəlkə də bir gündə bir neçə kanalda görünmək kimlərəsə xoş gəlir, amma o müğənni düşünməlidir ki, bu insanlara mənfi təsir də edə bilər. Mənim aləmimdə əsl sənətkar efirə az-az çıxmalı və gözəl mahnılarla tamaşaçının zövqünü oxşamalıdır”...

Aprelin 8-də Yaqub Zurufçunun ad günüdür. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.

Yaşayıb yaratmaq gözəldir, qardaşım!

64 yaşınız mübarək!

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR