Yaşar Əliyev: Ermənistan humanitar yardım məsələsindən öz pisniyyətli məqsədləri üçün sui-istifadə edir
Ermənistan humanitar yardım məsələsindən öz pisniyyətli məqsədləri üçün sui-istifadə edir.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasında “Aclıq və münaqişələrin səbəb olduğu ərzaq problemi” mövzusunda açıq debatda çıxışında bildirib.
“Azərbaycan Ermənistanın humanitar yardım məsələsindən öz pisniyyətli məqsədləri üçün sui-istifadə etmək üzrə ardıcıl səylərini qınayır. Laçın sərhəd-keçid məntəqəsinin yaradılması hər hansı digər dövlətin öz sərhədlərinin təhlükəsizliyini və mühafizəsini təmin etmək, yolboyu insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin etmək hüququ kimi Azərbaycanın danılmaz suveren hüququdur”, - o qeyd edib.
Diplomat xatırladıb ki, cari ilin iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını əsassız hesab edib, eyni zamanda bu ölkənin keçid məntəqəsi ilə bağlı müvəqqəti tədbirlər görmək tələbini yekdilliklə rədd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət