Gallup sorğusuna əsasən əmin-amanlıq indeksi
Ens.az xəbər verir ki, 2017-ci il məlumatları əsasında Gallup tərəfindən tərtib olunan 2018-ci il indeksi 142 ölkənin 15 və daha yuxarı yaşda olan 1000 sakini arasında keçirilən sorğu əsasında tərtib edilib. Ümumilikdə sorğuda 148 mindən çox vətəndaş iştirak edib.
Sorğuya əsasən ən təhlükəsiz ölkələr:
Sinqapur – 97
Norveç – 93
İslandiya – 93
Finlandiya – 93
Özbəkistan – 91
Honq Konq – 91
İsveçrə - 90
Kanada – 90
İndoneziya – 89
Danimarka – 88
Sloveniya – 88
Lüksemburq – 88
Avstriya – 88
Çin – 88
Niderland – 88
Misir – 88
Sorğuya əsasən asayiş və təhlüksəzlik səviyyəsi ən aşağı olan ölkələr:
Boliviya – 61
Sierra Lione – 61
Botsvana – 61
Dominikan Respublikası – 60
Meksika – 58
Cənubi Afrika – 58
Liberiya – 56
Qabon – 55
Cənubi Sudan – 54
Əfqanıstan – 45
Venesuela – 44
Dünyada yaşayan hər 3 sakindən ikisi yerli polisə etibar etdiyini və yaşadığı yerdə gecə vaxtı rahat gəzdiyini bildirib. Hər 8 nəfərdən biri son 1 il ərzində əmlakının oğurlandığını bildirib.
Postsovet ölkələri içərisində yaşamaq üçün ən təhlükəsiz ölkə Özbəkistandır. Orada yaşamaq Böyük Britaniya və Almaniyadan da təhlükəsizdir.
Keçmiş SSRİ ölkələri içərisində təhlükəsizliyi ən aşağı olan ölkələr Rusiya, Ukrayna və Moldova hesab olunur. Gürcüstan – 87, Azərbaycan – 85, Rusiya – 70, Ermənistan 78 göstəricisinə malikdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət