Slimfit
  1. CƏMİYYƏT

Yasamalda saxlanılan qardaşlardan biri azadlığa buraxıldı

Yasamalda saxlanılan qardaşlardan biri azadlığa buraxıldı
Sakura

Yasamalda saxlanılan qardaşlardan biri azadlığa buraxıldı

Dünən Yasamal rayonunda polisin üzərinə zibil atılmasına görə saxlanılan qardaşlardan biri azadlığa çıxıb.

Ens.az xəbər verir ki,bu barədə “Qafqazinfo”ya onun vəkili Cavad Cavadov məlumat verib. Qeyd edib ki, ağciyərində xəstəlik olan Kərim Süleymanov səhhəti ilə bağlı azadlığa çıxıb. K. Süleymanov artıq evindədir.

Ona məhkəmə qərarı ilə 15 sutka cəza verilmişdi.

Kərim Süleymanov vətəndaşların saxlanılması zamanı polis əməkdaşlarından birinin video çəkiliş edərək “siz də, əriniz də dovşansınız” dediyi Gülər Süleymanovanın oğludur. Həmin polis əməkdaşı bu gün Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub. Gülər Süleymanovadan isə üzr istənilib.

Qeyd edək ki, dünən Gülər Süleymanovanın evində çəkilən görüntülər  müzakirələrə səbəb olmuşdu. Onun digər oğlu Elvin Süleymanov yatan yerdə polis tərəfindən yarıçılpaq şəkildə saxlanılmışdı. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR