Slimfit
  1. CƏMİYYƏT

Yasamalda da 3700 ağac əkilib

Yasamalda da 3700 ağac əkilib
Sakura

Yasamalda da 3700 ağac əkilib

Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçirilən ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə edir.

Qafqazinfo” xəbər verir ki, ağacəkmə kampaniyasında Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun orta ixtisas və ali məktəblərinin tələbələri, Qarabağ müharibəsi veteranları, rayonun idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, təsərrüfat xidmətləri işçiləri iştirak ediblər.

Yasamal rayon ərazisində Kənar dairəvi yolda - Bakı şəhər DYP-nin qarşısında “Pullman” Otelinin yanında və DYP ilə maşın bazarının arasında, Həsən bəy Zərdabi küçəsində - “Qələbə” dairəsindən “20 Yanvar” metrostansiyasınadək, Mətbuat prospekti boyunca, Yeni Yasamal-2 ev 10-nun arxasında, məhəllədaxili həyətlərdə təmizlik işləri aparılaraq ağacəkmə kampaniyası həyata keçirilib.

2000 nəfərin iştirak etdiyi ağacəkmə kampaniyasında şam, küknar, dekorativ gül və kol bitkiləri olmaqla, ümumilikdə 3700 müxtəlif növ ağac əkilib.

Tədbirdə 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin mahnı və rəqs kollektivinin çıxışları da olub, gənclər və tələbələr havaya bayraq rəngli şarlar uçurublar.

Aksiya çərçivəsində Yeni Yasamal yaşayış massivində genişmiqyaslı təmizlik-abadlıq işləri, ərazilərdə yeni ağacların, dekorativ kol və güllərin əkilməsi, əvvəlki illərdə salınmış yaşıllıqlara qulluq göstərilməsi işləri görülərək axşam saatlarınadək davam etdirilib.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR