Slimfit
  1. MEDİA

"Yaşamağımız üçün zəruri olan qaydalara əməl edək"

"Yaşamağımız üçün zəruri olan qaydalara əməl edək"
Sakura

"Yaşamağımız üçün zəruri olan qaydalara əməl edək"

"Bu gün bütün dünya COVİD-19 bəlasına düçar olub. Təəssüflər olsun ki, bu bəla ölkəmizdən də yan keçmədi. Ancaq cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin planetin üzləşdiyi çətin sınaq qarşısında üzü ağ yoluna davam edir".

Bunu ens.az-a Nəzərmedia.az saytının rəhbəri, ictimai fəal Nəzərbəy HacıAğayev bildirib.

Onun fikrincə, dövlət səviyyəsində görülən bütün işlər, qabaqlayıcı tədbirlər əvəzolunmazdı: "Dövlətimiz bu günlərdə insan həyatının, Azərbaycan vətəndaşının həyatının bütün iqtisadi maraqlardan üstün olduğunu əməli şəkildə sübut etdi. Bilirsiz pandemiya ilə əlaqədar olaraq bütün dünyada bir maliyyə böhranı pandemiya ilə paralel irəliləməkdədir. Ancaq Azərbaycan dövləti iqtisadi gələrlərin azalmasına baxmayaraq, neft bazarında olan qeyri sabitliyin olmasına baxmayaraq vətəndaşların sosial rifahını tənzimləyəcək addımlar atıb və atmaqda davam edir. Buna misal olaraq vətəndaşlara edilən birdəfəlik yardımları göstərə bilərik. Eyni zaman mikro sahibkarlar da dövlətimizin diqqətindən yayınmadı. Fəaliyyət zəruri olaraq dayandırlan kiçik və orta özəl müəsissələrə yardımlar edildi. Bütün bunlar ölkəmizdə koronavirus bəlasının daha geniş vüsət almaması və Azərbaycandakı vəziyyətin digər dövlətlərdə olğu qədər acınacaqlı olmaması üçün idi. Dünyanın super dövlətləri belə bu gün super və inkişaf etmiş səhiyyə sistemlərinin olmasına baxmayaraq bu xəstələyin qarşısında aciz bir vəziyyətdədirlər. Onların gündəlik qurbanlarının sayı yüzlərlədir".

N.Hacıağayev qeyd edib ki, ilk yumşalmadan sonra son günlərdə gündəlik yoluxma sayının artmasının səbəbi isə vətəndaş məsuliyyətsizliyi oldu. İnsanlarımız sanki qaydalara əməl etməmək üçün bir-biri ilə yarışa girmişdi: "Mən özüm ictimai nəqliyyatdan tez-tez istifadə edirəm. Bu hallarda gördüyüm mənzərə çox üzücü olur. Bəzən vətəndaşlar ara məsafəni qorumur, bəzən nəqliyyata daxil olan zaman maskanı çıxardırlar. Bəzi insanlar isə ümumiyyətlə maskadan istifadə etmək istəmir. Bu insanlar həkimlərin bu isti yay günlərində hava keçirməyən geyimlərdə olmasını zərrəcə fikirləşmirlər. Üstəlik sifətin üz cizgilərini deformasiyaya uğradan digər avanlıqlardan istifadə edən həkimləri zərrə qədər düşünmürlər. Gizli toy, nişan edirlər. Adama sual verərələr. Nə olub? Nə xəbərdir? Toyu bu gün elədiz, üç aydan sonra elədiz, nə dəyişəcək? Hər kəsi təhlükəyə ataraq yaşana xoşbəxtliyinin adrenalini nədən ibarətdir? Dünən Səbail rayonu ərazisində baş verən hadisə isə məni çox üzdü. Virusa yoluxan bir şəxs sərbəst şəkildə yaşadığı ərazidə, mağazaya gedir, küçəyə çıxır. Bilirsiz bunu edən insanın milli düşüncəsi olmalıdır, vicdanı olmalıdır. Düşünməlidir niyə insanlar bu bəlaya yoluxmalıdır?

Bəlkə sənin vasitənlə yoluxan şəxsin immun sistemi həddindən artıq zəifdir. O bu xəstəliyə davam gətirə bilməyəcək. Sən ölümə niyə fərman verirsən. Sənin qatildən fərqin nədir? Mən ona görə insanlara müraciət edirəm ki, gəlin bir- birmizə düşmən olmayaq. Bizim sağlam olmağımız üçün, yaşamağımız üçün zəruri olan qaydalara əməl edək. Məcazi mənada desək, bu gün bir vətəndaşın əlində onlarla, yüzlərlə insanın həyat və ölüm fərmanı var. Qaydalara əməl edək, insanlarımızın yaşamağına dair fərmana imza atmış kimi özümüzü hiss edək".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR