Slimfit
  1. MEDİA

Yardımlıda Vətən misraları...

Yardımlıda Vətən misraları...
Sakura

Yardımlıda Vətən misraları...

İnsan gərək insan olsun,

Sevsin Vətəni, torpağı,

İnsan gərək insan olsun,

Müqəddəs saysın bayrağı.

* * *

Xalqın sevər insan olan,

Şərbət tək öz dilin sevər,

Əsla söyləməz o yalan,

Həqiqətlə elin sevər...

* * *

El sevgisi, yurdu sevgisi

Öyrədilməz, içdən gələr,

İnsan olanın qayğısı

Qüvvətlidir, ruhu dələr.

* * *

Bu yurd, bu el-oba mənim,

Mənəm yurdun fədaisi,

Düşünmədən olum qənim,

Gəlsin düşmən zingiltisi!

* * *

Sehirlidir bu boz torpaq,

Suyu, havası da sərin,

Bozqurdlara açıb qucaq,

Beşiyidir Turan elin!

* * *

Bura Türklər diyarıdır,

Türkdür burda hər bir bucaq,

Fəsillərin bahardır,

Çiçək qoxur addım-bacaq...

* * *

İlham alıb Cerinbeldən,

Mən Sırıqda gecələdim,

Çayüzündən, Dağüzündən

Yardımlıya sevgi sərdim...

* * *

Dağlar sanki Qarabağdır,

Vətən qoxur dərə, torpaq,

Burdan yadlar qaçaraqdır,

Həp Türk olub, Türk qalacaq!

 

© ELŞƏN İSMAYIL 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR