Slimfit
  1. CƏMİYYƏT

Yardımlıda qədim abidələr və qurbangah aşkarlandı

Yardımlıda qədim abidələr və qurbangah aşkarlandı
Sakura

Yardımlıda qədim abidələr və qurbangah aşkarlandı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi Yardımlı arxeoloji ekspedisiyası rayonun Alar və Arvana kəndlərində son tunc - ilk dəmir dövrünə aid kurqanlarda aparılan arxeoloji qazıntılar zamanı yeni maddi nümunələr aşkarlanıb.

A.Ağalarzadənin verdiyi məlumata görə, ekspedisiya Alar kəndindəki Sarıbulaq yaylaqlarında 2014-cü ildə aşkar etdiyi kurqanlarda qazıntı işlərini davam etdirir.

Bu ilki tədqiqatlar zamanı kamerası daş qutu tipli olan kurqanın örtüyündən dən daşı alətinin fraqmentləri və dəfn kamerasındakı insan qalıqlarının yanından isə saxsı qablar, tuncdan müxtəlif bəzək əşyaları, toxuculuqda istifadə olunan iynə başlığı (əyircək) tapılıb.

Digər kurqanda aparılmış arxeoloji qazıntılar nəticəsində isə qurbangah aşkar edilib. Qurbangahda 1.6 metr dərinlikdən müxtəlif saxsı fraqmentləri, ocaq izləri və kömür qalıqlarının tapılması burada konkret olaraq insan dəfninin deyil, ritual dini ayinlərin icra edildiyi faktını ortaya çıxarır. Məhz əvvəlki illərdə də qazılmış bir neçə kurqanlarda insan dəfninə rast gəlinməməsi bilavasitə Sarıbulaq kurqan çölündə bəhs olunan dövrdə məskunlaşmış əhalinin yarımköçəri yaylaq maldarlığı ilə məşğul olduğunu və bu baxımdan mövsümi dəfnlərin icra edildiyini göstərir.

Müqayisəli təhlillərə əsasən bu abidələr dəmir dövrünə - e.ə. VIII-VII əsrlərə aid edilir.

Ekspedisiya eyni zamanda Dərəkeçməz, Savaş və Şahnişin yaylaqlarında tunc- ilk dəmir dövrünə aid yeni abidələr qeydə alıb.

 

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR