
Dərc edildi: Baxış sayı: 1165
Yardımlıda "Aqrolizinq”in filialı yoxdur
Hazırda dağ rayonu olan Yardımlıda "Aqrolizinq” ASC-nin heç bir təşkilatı, heç bir filialı yoxdur.
"Marja" xəbər verir ki, hər hansı kənd təsərrüfatı texnikası lazım olduqda sahibkarlar, torpaq mülkiyyətçiləri Masallıdakı filiala müraciət etməli olurlar.
Təsəvvür edin ki, 50 kilometrlik darısqal dağ yolu ilə enli taxılbiçən kombaynı, habelə digər texnikanı buraya gətirmək nə qədər çətin və təhlükəlidir. Güman etmək olar ki, əlaqədar təşkilatlar bunları nəzərə alacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət