Dərc edildi: Baxış sayı: 550
Yaralıların qana ehtiyacı olması barədə məlumatlar təxribatdır - RƏSMİ
Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq, guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır:
“Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib.
O, bildirib ki, hazırda qanla əlaqədar heç bir çətinliyimiz yoxdur”.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət