Slimfit
  1. DÜNYA

Yaponları qorxudan səma rəngləri fırtına öncəsi xəbərdarlıq idi?

Yaponları qorxudan səma rəngləri fırtına öncəsi xəbərdarlıq idi?
Sakura

Yaponları qorxudan səma rəngləri fırtına öncəsi xəbərdarlıq idi?

Yaponiyada “Haqibis” qasırğasından öncə səmada əmələ gələn maraqlı rəng çaları yerli əhalinin təşvişinə səbəb olub. 

“RİA Novosti” xəbər verir ki, tufandan bir qədər əvvəl səmada buludların tünd çəhrayı rəngə bürünməsi insanların diqqətini çəkib.  

Yapon sosial şəbəkə istifadəçiləri mövcud vəziyyətin fotolarını paylaşaraq həm heyranlıqlarını, həm də qorxularını ifadə ediblər. 

Bir çox yerli sakin bunu fırtına əlaməti, fırtınadan öncə səssizlik və “qorxulu bir şey” kimi təsvir edib. 

Qeyd edək ki, sözügedən görüntülərin yayılmasından bir qədər sonra, şənbə gecəsi Yaponiyanın 12 prefekturasında güclü leysan yağışlar başlayıb. Ardınca isə “Haqibis” qasırğası Honsü adasını “vurub”. Bu zaman küləyin şiddəti 41.5 metr/saniyəyə çatıb ki, bu da iri yük maşınlarını, elektrik dirəklərini yıxmaq üçün kifayət edib.  

Hazırda fırtına səbəbindən 370-dən çox ev işıqsız qalıb, ümumilikdə 33 adam ölüb. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR