Slimfit
  1. PSİXOLOGİYA

Yaponlardan öyrəniləcək 5 cəhət

Yaponlardan öyrəniləcək 5 cəhət
Sakura

Bunlar yaponların rəhbər tutduqları əsas prinsiplərdir

Yaponiya, özünəməxsus mədəniyyəti, əsrlik ənənələri və ən qabaqcıl texnologiyaları birləşdirməyə məharətlə müvəffəq olan unikal bir ölkədir. Ölkə sakinlərini digər xalqlardan fərqləndirən nədir ?

Şüurlu istehlak, yeməyə düşüncəli münasibət, fədakarlıqla işləmək və həyatdakı təyinatını başa düşmək - yaponların rəhbər tutduqları əsas prinsiplərdir. Gəlin onlar haqqında daha ətraflı danışaq.

IKIQAI

"Ikiqai" sözü "həyatın mənası" kimi tərcümə edilə bilər, amma bu daha geniş anlayışdır - bütövlükdə xoşbəxtlik fəlsəfəsidir. Bu mövzuya kitab həsr edən yazıçı Ken Moqi, İkiqayi-ni, şəxsi təyinat hissi - "səhərləri oyanmağımıza səbəb olan şey " kimi müəyyən etməyi təklif edir. Bunun nədən ibarət olduğuna yalnız sən qərar verə bilərsən, amma ikiqainin vacib komponentlərinə bunlar aiddir: burada və indi yaşamaq, xırda şeylərə sevinmək, günlük həyatınızda gözəlliklər tapmaq - yaxşı yemək, sevimli məşğuliyyətlə məşğul olmaq, parkda gəzmək, yaxınlarınızla rahat anlar keçirmək bacarığı. 

KODAVARI

Kodavari haqqında danışarkən, ümumiyyətlə yaponların mükəmməlliyətçiliyi və işə qarşı məsuliyyətli münasibəti yada düşür. Lakin yalnızca məsuliyyətli deyil, eyni zamanda, şəxsi, cəlb edilmiş, detallara diqqət və nəticəyə qürurla baxmaq. Bu bir növ şəxsi standartdır, korporativ mədəniyyətlə mütləq şəkildə bağlı deyil. Lakin bu prinsip, bu iş tərzinə yaxın olan şirkətlərdə çox vaxt əsas götürülür.

"Tanuki" - yapon restoranları markalarından biridir və konsepsiya yalnız mətbəxə və interyerə deyil, həm də əmək nəticələrinə münasibətə əsaslanır" deyə "Tanuki" yapon restoranlarının marketinq direktoru bildirib.  Kodavari, "ikinci təravət" və ya "belə də gedər" kimi heç bir güzəştə getməyən bir yanaşmadır. Bir restoranın içi, yemək almaq, yeni menyu, hər hansısa bir səhm və ya layihə haqqında danışmağımızdan asılı olmayaraq, həqiqətən yaxşı işlər görməyincə dincələ bilməzsiniz. Öz əməyi və onun nəticəsi ilə qürur duymaq - bənzərsiz və çox əhəmiyyətli bir hissdir, bunun sayəsində adi və ağır işlər tamamilə fərqli şəkildə qəbul edilir. Bu hiss gündəlik əməyə ilham və məna gətirir. "

MOTTAINAY

Bu, istənilən resurslara qarşı şüurlu istehlak və ehtiyatlı münasibət deməkdir: həm təbii, həm də insan əllərinin yaradıcılığına münasibətdə. Artıq şeylər almamaq, əlinizdə olanı istifadə etmək, tullantıları minimuma endirmək, yeməyi atmamaq və köhnə paltarları xeyriyyəçilik və ya yenidən emal üçün vermək.

ITADAKIMAS

Yaponlar bu sözü yeməyə başlamazdan əvvəl tələffüz edirlər. Bu, çox vaxt "Nuş olsun" kimi tərcümə olunsa da, əslində "Mən qəbul edirəm" deməkdir və dərin məna daşıyır.

"Tanuki" restoranlarının konseptual marka aşpazı  deyir: "Itadakimas - bizə yemək verən təbiətə və onu hazırlayan insanlara təşəkkür etmək kimi izah edilə bilər." Yaponiyada yeməyə çox hörmətlə yanaşırlar, yavaş-yavaş və diqqətli şəkildə yemək adətdir. Yeməyi kənara atmaq və ya bir hissəsini yeməmək, hörmətsizlik və israfçılıqdır. Bu hörmət bütün qida mədəniyyətinə aiddir. Yalnız ən yaxşı və ən təzə məhsulları seçmək, onların təbii dadından zövq almaq, onları qüsursuz şəkildə təqdim etmək Yapon qonaqpərvərliyi ənənələrinin əsasını təşkil edir. "

KAYDZEN

Bu Yaponiya müəssisələrində tətbiq olunan davamlı inkişaf metodudur - davamlı inkişafın beş prinsipinə əsaslanan bütöv bir sistemdir. Ancaq gündəlik həyatda kaidzen tez -tez "bir dəqiqə prinsipi"nə qədər sadələşdirilir. Bunun mənası : uzun müddət ehtiyac duyduğunuz və ya etmək istədiyiniz bir işə özünüzü həsr etməyə başlayın, amma yenə də alınmırsa, gündə ən azı bir dəqiqənizi buna ayırın .Xarici dil öyrənmək, idman, toxuculuq ... istənilən hər şey ! Dəqiqə - bu o qədər az və asandır. Əsas odur ki, başlayın və intizamlı olun. Bir dəqiqə beş, sonra iyirmi dəqiqəyə, daha sonra yarım saata çevriləcək ... Beləliklə, kiçik bir addımdan başlayaraq həyatınızı yaxşılığa doğru dəyişdirəcək bir vərdiş əldə edəcəksiniz.

Yaxşı yemək, özünün və digər insanların əməyinə hörmət etmək, artıq şeylər almamaq, xırda şeylərə sevinmək, kiçikdən başlaya bilmək - bunlar öyrənə biləcəyiniz sadə bacarıqlardır. Bunlar sizə ani və hüdudsuz xoşbəxtlik bəxş etməyəcəkdir . Lakin yaşanan hər günü daha yaxşı edəcək.

Mənbə: psychologies.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR