Slimfit
  1. MARAQLI

Yaponlar uzunömürlülüyün sirrini tapıb

Yaponlar uzunömürlülüyün sirrini tapıb
Sakura

Yaponlar uzunömürlülüyün sirrini tapıb

Uzunömürlülük həmişə sağlam həyat tərzinin nəticəsi olmur. Çox yaşayan xeyli insan var ki, həmişə pis vərdişlərə meylli olub.

 

Bizimyol.info xəbər verir ki, yaponlar uzunömürlülüyün sirrini tapıb. DNT analizləri göstərib ki, 110 yaşını keçən insanların anormal ağ qan hüceyrələri var. Onların immuniteti virusların, bakteriyaların hücumlarını dəf etməklə xərçəngə qarşı mübarizə apararaq daha effektli işləyir. Bu haqda “The Daily Mail” yazır.

Uyğun analizi Keyo Universiteti və RIKEN mərkəzi aparıb. Burada 7 uzunömürlü insanın göstəricilərindən istifadə olunub. Yaşlı könüllülərdən 41 min 208 hüceyrə toplanıb. Yaşı 110-dan yuxarı olan insanlarda əsas fərq CD4 T hüceyrələrinin işində olub.

Bu hüceyrələrin nəinki böyük olduğu üzə çıxıb, həm də özləri adi halda daha ölümcül təsir bağışlayıb. Normalda CD4 T hüceyrələri digər immun hüceyrələrə infeksiya ilə mübarizə aparmağa kömək olur. Lakin uzunömürlülərdə bu hüceyrələr özləri patogen elementləri axtarır və məhv edirlər.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR