Yaponlar Müqəddəs Valentin gününə qarşı qiyam qaldırdılar
Yaponiyanın paytaxtı Tokioda Müqəddəs Valentin gününün bayram edilməsinin əleyhinə mitinq keçirilib. Aksiyanın təşkilatçısı “Populyar olmayan kişilərin inqilabi alyansı” olub.
Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, təşkilatın lideri Takayuki Akimoto bəyan edib ki, bu, sevgililərin bayramına qarşı artıq 12-ci aksiyadır. O, yürüşün əsas məqsədinin “romantik kapitalizmin dağıdılması” olduğunu deyib. İştirakçılar bu şüarları səsləndiriblər: “Müqəddəs Valentin gününə son!” və “Şirniyyatçıların əlbirliyində iştirak etməyin!”.
Ənənəyə görə Yaponiyada qadınlar fevralın 14-də kişlərə şokolad hədiyyə etməlidir. Lakin son illər qadınların çoxu böyük xərclərinə görə ənənədən imtina edir. Araşdırma göstərir ki, yaponiyalı qadınların 60 faizi bu il fevralın 14-də şokoladı özü üçün alacaq, 56 faizdən çoxu onu ailə üzvlərinə hədiyyə edəcək, 35 faiz isə tərəfdaşına. Akimoto bu statistikanı alyansın 10 ildən çoxdur fəaliyyətinin nəticəsi kimi açıqlayıb.
Təşkilat, eləcə də Ağ gün ənənəsinə qarşı da mübarizə aparır – martın 14-də – bayram günü kişilər qadınlara şokolad hədiyyə etməlidirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət