Slimfit
  1. TEXNOLOGİYA

Yaponlar əzələli robot ixtira etdilər

Yaponlar əzələli robot ixtira etdilər
Sakura

Yaponlar əzələli robot ixtira etdilər

Tokio universitetinin mütəxəssisləri siçovulların canlı əzələ parçalarından, karkas metaldan və plastik materialdan yeni biohibrid robot hazırlayıblar. 

Oxu.Az xəbər verir ki, “Science Robotics” jurnalında yayımlanan məlumata görə, robot insan barmağının hərəkətlərini imitasiya edir, kiçik əşyaları yerləşdirə bilir.

Robotun əzələləri elektrik cərəyanının vasitəsilə sıxılır. Barmaqların insandakı kimi hərəkətini təmin etmək üçün mütəxəssislər qoşalaşmış əzələlər sayılan aqonistov və antaqonistovdan istifadə ediblər. 

Yeni robotun oynaqları 90 dərəcə bükülmək qabiliyyətinə malikdir və bu da çətin proseslərin öhdəsindən gəlməkdə ona kömək edir. 

Bununla yanaşı, canlı parçalarda müyyən məhdudiyyətlər var: misal üçün, qurğu yalnız suda işləyə bilər, çünki daimi hərəkət zamanı əzələlər tez sıradan çıxır. Hazırda bu əzələlərin həyat müddəti bir həftədən çox deyil.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR