Dərc edildi: Baxış sayı: 602
Yaponiyaya yay qayıdır: insanlar tək köynəyə keçib
Yaponiyanın əksər hissəsində dekabr ayı üçün qeyri-adi yüksək temperatur qeydə alınıb.
Trend-in məlumatına görə, dekabrın ilk günlərində Tokioda adi temperatur əsasən +10 dərəcə olsa da, bir sıra rayonlarda havanın istiliyi 25 dərəcəyə çatıb.
Cənub prefekturası olan Oitada isə temperatur +26,5 dərəcəni göstərir.
İnsanlar artıq tək köynəkdə gəzirlər. Hətta Yaponiyanın ən şimal adası Hokkaydoda 16 dərəcə isti var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət