Slimfit
  1. DÜNYA

Yaponiyanın yeni İmperatoru ilk dəfə xalqa müraciət edib

Yaponiyanın yeni İmperatoru ilk dəfə xalqa müraciət edib
Sakura

Yaponiyanın yeni İmperatoru ilk dəfə xalqa müraciət edib

Yaponiya İmperatoru Naruhito və İmperatriçə Masako taxtaçıxma mərasimindən sonra ilk dəfə xalqın qarşısına çıxıblar. NHK telekanalı ilə birbaşa yayımda İmperator ilk dəfə qısa nitqlə xalqa müraciət edib.

“Taxta çıxdıqdan sonra sizi görmək imkanına çox şadam və təbriklərə görə sizə dərin minnətdarlığımı bildirirəm. Sizin sağlamlığınız və xoşbəxtliyiniz üçün, həmçinin ölkəmizin dünyanın digər dövlətləri ilə birlikdə sülhə can atması və daha böyük uğurlar qazanması üçün dualar edirəm”, - deyə İmperator bildirib.

Xatırladaq ki, İmperator Naruhitonun taxtaçıxma mərasimi mayın 1-də, atası yaşının çoxluğuna görə taxtı oğluna təhvil vermək və istirahətə getmək qərarına gəldikdən sonra keçirilib. Ötən ilin dekabrında İmperator Akihitonun 85 yaşı tamam olub. Bununla da mayın 1-də Yaponiyada yeni Reiva dövrü başlanıb.

Yeni İmperatoru təbrik etmək üçün toplaşanları sarayın zirehli şüşə ilə əhatələnmiş eyvanında İmperator cütlüyü ilə birlikdə vəliəhd-şahzadə Akişino və Naruhitonun əmisi - 83 yaşlı şahzadə Hitaçi də daxil olmaqla, ailənin 13 nümayəndəsi salamlayıb. Həmin gün İmperatorun və ailə üzvlərinin altı dəfə eyvana çıxaraq xalqı salamlayacağı bildirilir. Fəxri İmperator Akihito və xanımı Miçiko mərasimdə iştirak etməyiblər.

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR