Slimfit
  1. DÜNYA

Yaponiyanın keçmiş XİN başçısı Baş Nazir postuna namizəd olacaq

Yaponiyanın keçmiş XİN başçısı Baş Nazir postuna namizəd olacaq
Sakura

Yaponiyanın keçmiş XİN başçısı Baş Nazir postuna namizəd olacaq

Yaponiyanın sabiq Xarici İşlər naziri, hazırda Liberal Demokrat Partiyasının Siyasi Şurasının rəhbəri olan Fumio Kisida həm partiya rəhbəri, həm də Baş Nazir postlarına namizədliyini irəli sürmək niyyətini rəsmən elan edib.

Ens.az xəbər verir ki,bu barədə “Report” “Kyodo” agentliyinə istinadən xəbər verir.

“Partiya sədrinin seçilməsi üzrə seçkilərdə namizədliyimi irəli sürmək istəyirəm. Ölkəm, xalqım üçün bütün gücümü səfərbər etmək istəyirəm”, - F.Kisida fraksiyasının iclasında söyləyib.

Bu gün həmçinin sabiq Müdafiə naziri Siqeru İsibanın da rəsmən namizədliyini irəli sürəcəyi gözlənilir. Müxtəlif ictimai rəy sorğularına əsasən, məhz o və Müdafiə naziri, sabiq Xarici İşlər naziri Taro Kono həmyerliləri arasında ən populyar şəxslərdir.

Xatırladaq ki, Baş Nazir Sindzo Abe cümə günü səhhəti ilə əlaqədar istefa verməyi planlaşdırığını açıqlamışdı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR