Slimfit
  1. KOSMOS

Yaponiyanın JAXA agentliyi “Hayabusa-2” kosmik zondu üçün yeni missiya planlaşdırır

Yaponiyanın JAXA agentliyi “Hayabusa-2” kosmik zondu üçün yeni missiya planlaşdırır
Sakura

Yaponiyanın JAXA agentliyi “Hayabusa-2” kosmik zondu üçün yeni missiya planlaşdırır

Yaponiya Kosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) “Hayabusa-2” kosmik zondunu daha 10 il davam edəcək yeni missiya göndərməyi planlaşdırır.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, yeni missiya kosmik zond Ryuqu asteroidindən götürdüyü nümunələri Yerə çatdırdıqdan sonra başlanacaq.

Bildirilir ki, altı il davam edən missiyanı başa çatdıran zond dekabrın 6-da Yerə yaxınlaşaraq içərisində nümunələrin olduğu kapsulu Avstraliya səhrasına göndərəcək.

JAXA bundan sonra zondu yeni missiya üçün böyük sürətlə hərəkət edən iki asteroidə yönəltməyi planlaşdırır.

Agentliyin tədqiqatlar siyahısında “Hayabusa-2”nin çata biləcəyi 2001AV43 və 1998KY26 nömrəli asteroidlər var. Bunlardan birincisinə çatmaq üçün zond Venera planetinin yanından keçməlidir. Zondun 2001AV43 nömrəli asteroidə 2029-cu ilin noyabrında, ikinci asteroidə isə 2031-ci ilin iyulunda çatması planlaşdırılır.

 

Yeni missiyanın Yerdən ayrıldıqdan sonra təqribən 15 il davam edəcəyi gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR