Slimfit
  1. TEXNOLOGİYA

Yaponiyalı alim öz robot-oxşarını yaradıb

Yaponiyalı alim öz robot-oxşarını yaradıb
Sakura

Yaponiyalı alim öz robot-oxşarını yaradıb

Yaponiyalı alim Hiroşi İşiquro onu ezamiyyə səfərləri zamanı mühazirələrdə əvəz edəcək robot-oxşarını yaradıb. O, xarici görünüşünə görə alimdən fərqlənmir.

AZƏRTAC news.rambler.ru saytına istinadla xəbər verir ki, “Geminoid” adlanan robot hissləri sensorlarla idarə olunan mimikalarla ifadə edir və süni intellekt vasitəsilə danışır. Qurğunun təkmilləşdirilməsinə ehtiyac olmasına baxmayaraq, artıq robot tələbələrlə məşğələlərin aparılmasına kömək edir. Müəllif auditoriya ilə robot-oxşara quraşdırılmış videokamera və dinamiklərin köməyi ilə işləyir.

“Robotu yaratmaqda məqsədim onun məni konkret yerdə əvəz edə bilməsinə nail olmaq idi. Robotu hazırlayarkən ən çətin iş yumşaq və elastik dərini yaratmaq olub. Bu, obrazı orijinala yaxınlaşdırmağa imkan verir. Elektron sxem daim təkmilləşdiriləcək, zaman ötdükcə “Geminoid” robotunun xarici görünüşünü dəyişmək lazım olacaq, çünki o, insandan fərqli olaraq qocalmır”, – deyə alim bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR